Kütləvi İnformasiya Vasitələrində Bərdə.
Miriyev A.-Bərdənin mədəni həyatı çox zəngindir. [Mətn] //Anar Miriyev – Palitra qəz.2011.-13 dekabr-№131 (1702).-S.6.
Məqalə “Azərbaycan mədəniyyəti və kulturoloji maarifləndirmə”layihəsi çərçivəsində jurnalistin Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Soltan Həsənovla müsahibəsinə həsr olunur. S.Həsənov müsahibəsində Mədəniyyət ocaqları haqqında məlumat verərək ,keçirilən mədəni-kütləvi tədbirlərdən, uşaq musiqi məktəblərində təhsil alan istedadlı uşaqların iştirak etdiyi festivallardan söhbət açır.O, həmçinin qeyd edir ki, mədəni-kütləvi tədbirlər hazırlanarkən ölkəmizin müdafisəində ayıq –sayıq dayanan vətən oğulları da diqqətdən kənarda qalmır.
Miriyev A-“Biz çalışmalıyıq ki, gənclərimiz daha çox kitab oxusunlar”.[Mətn]// Anar Miriyev.-Palitra qəz.-20011.-9 dekabr.-N130.-S.7
“Azərbaycan mədəniyyəti və kultroloji maarifləndirmə” layihəsi çərçivəsində Bərdə rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin işinə həsr olunmuş bu ikinci yazı da MKS-nin direktoru H.Mirzəyeva ilə jurnalistin müsahibəsinə həsr edilmişdir.
Miriyev A."Bərdədə müntəzəm şəkildə kitab sərgisi təşkil edirik.[Mətn] // Anar Miriyev.- Palitra qəz.-2011.-6 dekabr.- N128.-S.7
Məqalə “Azərbaycan mədəniyyət və kulturoloji maarifləndirmə” layihəsi çərçivəsində yurnalistin Bərdə MKS-nin direktoru Havva Mirzəyeva ilə müsahibəsinə həsr olunur.H. Mirzəyeva müsahibəsində MKS-nin gördüyü işlər və keçirdiyi tədbirlər barədə geniş məlumat verir.
Sultanov Z. Salam, ey qoca Bərdə, xoş gördük, yeni Bərdə [Mətn] // Ziyəddin Sultanov.-Xalq qəzeti.-2011.27 noyabr.-№262 (2690).-S. 2.
Məqalə jurnalistin Rayon İcra Hakiiyyətinin başçısı V.İsayevlə müsahibəsindən bəhs edir.İxtisasca tarixçi olan V.İsayevin qədim Bərdədə çalışması, onun rayonun tarixiliyini yaşatmaqla, yeni, müasir şəhər salmada görülən işlərdə xüsusi rolundan, yeni parklar salınmasından, ümumiyyətlə rayonda geniş quruculuq və abadlıq işlərinin aparılmasından bəhs olunur.
Torpaqqala. [Mətn] // Mərhum alim Nəriman Babayevin şəxsi arxivindən-Bərdə qəz.2011.-20 noyabr №33-S.2
Məqalə tikintisi V-VI əsrlərə təsadüf edən Torpaqalanın tarixinə həsr olunub. Qala əvvəllər kiçik yaşayış məskəni olmuş sonradan qoşun saxlamaq məqsədi daşımışdır. Qaladan kənara çıxmaq üçün yeraltı yolların olduğu qeyd olunur. Qala divarları həm yadellilərin hücumları, həm də təbiət hadisələri nəticəsindən ilkin görkəmini dəyişsə də bu günümüzədək gəlib çatmışdır.
Əliyeva Ş.-Ağsaqqalların zona müşavirəsi keçirilişdir[Mətn].// Ş. Əliyeva.-Bərdə qəz. 2011.-20 noyabr.- № 33.-S.2.
Respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqovun da işturak etdiyi Ağsaqqalların zona müşavirəsindən bəhs edən bu məqalə Respublika rəhbərliyinin ağsaqqallara xüsusi hörmət və qayğısı haqqında fikirləri öz əksini tapmışdır.
Alıoğlu S. Bərdə yeni inkişaf yolunda.[Mətn]// Salman Alıoğlu.-Respublika qəz.-2011.11 noyabr .-№242.-S.4
Məqalə üç min il yaşı olan, günbəgün dəyişib yeniləşən , təbii gözəlliyə bürünən qədim Bərdədə görülən işlərin miqyasının genişliyindən , rayonda nizam-intizamdan, idarə etmədə dəqiqlikdən,insanların əhval-ruhiyyəsindən, kənd yollarının təmiri yeni salınan “ Qəhramanlar parkı”, Bayraq meydanının tikintisindən söz açılır.Türkmən və Zümürxan kəndlərində elektron ATS-lər qurulduğu, Soğanverdilər və Zümürxan kəndlərində yeni məktəb binalarının tikiləcəyi haqqında məlumat verilir.
Məmmədov E. Yeni ünvan: Qəhrəmanlar parkı. [Mətn ]-Bərdə qəz.-2011.-10 oktyabr.-№29.-S.3.
Məqalədə ”Regionların sosial-iqtisadi inkişafı Dölət Proqramı” nın rayonumuzda uğurla həyata keçirilməsi haqqında məlumat verilir. Rayonumuzun sürətli inkişafını özündə əks etdirən, quruculuq və abadlığın əsas ünvanlarından birincisi də Koroğlu küçəsində salınan Qəhrəmanlar parkıdır. Bu parkın salınmasında rayon ictimaiyyətinin köməyindən istifadə edildiyi də öz əksini tapır.
Məmmədov Ə. Bərdədə həyat səviyyəsi gündən-günə yüksəlir.[Mətn]//Əlövsət Məmmədov.-Bərdə qəz.-2011.-18 oktyabr.-№30.-S.3
Rayon statistika idarəsinin rəisi Əlövsət Məmmədovun 2011-ci ilin 6 aylıq statistik məlumatları əsasında yazılmışdır. Rayonda həyata keçirilən aqrar islahatlar, reqionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının arırılması ümumiyytətlə sahibkarlığın inkişafı, tikinti –quruculuq işlərinin gedişi, yaşıllıqların salınması haqqında məlumat verilir.
Regionlarımız:Bərdə // Analitik qrup.II yazı .-
Mövqe qəz.2011.-23 iyul .№ 132 -.S.10.
Yazı Bərdə rayon İcra Hakimiyyətinin rayonda 6 ay ərzində görülən işlərə dair hesabata həsr olunub.Kənd təsərrüfatı, aqrar sahədə olan yeniliklər,əkinçilik, maldarlıq sahələrinin inkişafı,yeni iş yerlərinin açılması haqqında məlumat öz əksini tapır.
Regionlarımız: Bərdə //Analitik qrup. I yazı .-
Mövqe qəz.-2011-22 iyul.№ 131 .-S.10.
Vaxtaşırı regionlara həsr olunmuş yazılar dərc edən Mövqe qəzetinin bu sayında Bərdəyə dair qısa və ətraflı məlumat öz əksini tapır.Bərdənin əhalisi, ərazisi ,tarixi ,tarixi və memarlıq abidələri,əsas təsərrüfat fəaliyyəti, görkəmli şəxsləri və kütləvi informasiya vasitələri haqqında məlumat qeyd edilir.
Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.-
Azərbaycan qəz.-2011.-19 iyun. -№ 131 .-.S.1.
Mustafayev E.Bərdənin ilk məktəbi / Elvin Mustafayev.-Bərdə qəz.
2011.-8 iyun.№16 –.S.8.
Məqalədə Bərdədə ilk məktəbin 1883-cü il oktyabrın 25-də açıldığı göstərilir.Qeyd edilir ki, o zaman Bərdə Yelizavetpol (Gəncə) quberniyasında Cavanşir qəzasının tabeliyində idi.Məktəbin binası yerli imkanlı şəxslərdən olan Məşədi Namazdan icarə yolu ilə alınmışdır.Məktəbin ilk təsərrüfat və maliyyə işlər rəhbəri M.Kərimbəyov , ilk müəllimi isə Qori müəllimlər seminariyasını bitirən , əslən Zümürxan kəndindən olan tanınmış yazıçı-dramaturq Nəcəf bəy Vəzirovun yaxın qohumu olan Həşim bəy Vəzirov olmuşdur.Təhsil ödənişli idi.Kasıblardan isə təhsil haqqı alınmırdı . Bərdənin ilk məktəbi olan Nizami Gəncəvi adına şəhər 2 saylı məktəbi artıq 128 ildir ki, fəaliyyət göstərir.Məktəbi bitirənlərin sorağı bu gün Moskva, Sankt –Peterburq, Xarkov,Türkiyə, Almaniya, Çexiya, ABŞ universitetlərindən gəlir.
Bahar Bərdəli. Bərdə: dünən, bu gün, sabah.- Respubilka qəz..-
2011.- 22 may.-N107 (4109)-s 2.
Məqaləni bir zamanlar Bərdəyə həsr etdiyi “ Mənim Bərdəm” şeri ilə başlayan əslən Bərdəli şairə Bahar Bərdəli rayonumuzun qədimliyi haqqında qısaca məlumat verir. Bundan sonra Bərdənin yaxın kecmişini, iqtisiyyatını, H. Əliyevin Bərdəyə səfərlərini nəzər diqqətə catdırır.
“Mən ürəkdən istəyirəm ki, Bərdə respubilkamızın ən gözəl şəhərlərindən biri olsun “ - deyən ulu öndər H.Əliyevin bu arzusunun gündən-günə daha parlaq şəkildə həyata kecməsini önə cəkən müəllif qeyd edir ki, rayona yeni təyin edilən icra başcısı Vidadi İsayevin gəlişindən sonra rayon daha yüksək templə inkişaf edir, gözəlləşir.
V. İsayevin həmcinin rayonda yeni konserv zavodunun tikilməsi , tikiş, toxucu, şirniyat, biskivit fabrikləri, dəmir – beton zavodlarının sayını artırmaq haqqında fikirləri də məqalədə öz əksini tapmışdır.
Ziyyədin Soltanov Ulu Bərdə keçmiş şöhrətini özünə qaytarır.-
Xalq qəz.-2011. -13 may.- №112 26741)-S.6 .
Məqalədə Bərdədə son illirin ətalət buzu əriməyə başladığı hər yerdə,hər sahədə canlanma başlandığı qeyd edilir. Qeyd edilir ki, Respublika Prezidenti İ.Əliyevin müvafiq sərancamı ilə Vidadi İsayevin Bərdəyə icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunquqdan sonra rayonda bir dirçəliş hiss olunur.
Müəllif rayonun hörmətli ağsaqqallarından olan Arif Əliyevlə söhbətindən qeyd götürərək yazır ki, söhbət inam və ümüddən, adamların işə münasibətindən, öz rayonlarına təssübkeşliyindən, vətandaşlıq mövqeyindən gedir. Catışmayan bax bu idi. Bərdəni daha gözəl və abad görmək təkcə rayon rəhbərliyinin arzusu deyil. Bu indi hər bir bərdəlinin qəlbində baş qaldıran istək,oniarın qürur mənbəyidir.
Qısa müddət ərzində 192 ədət aşağı gərginlikli şəbəkə dirəkləri, 18 km. istifadəyə yararsız naqillər yenisi ilə, 6,5km. naqillər SİB-kabellə, 5 ədət transformator yenisi ilə əvəz edilmişdir. Rayonyn kəndlərinin qazlaşdırılması davam edir. Son 2 ayda 1551 yeni iş yerləri açıldığı da qeyd edilir.
Elvin Mustafayev. Tarixi yaşadanlar tarixdə qalacaqlar.-
Bərdə qəz.-2011-4 may-№12-83
Məqalə rayonumuzun tanınmış müəllimi, 72illik ömrünün 45ilini bu sənətə həsr edən, Bərdənin tarixinə dair ilk tarix- diyarşünaslıq muzeyinin yaradıcısı Xızrı Ələkbərova, onun doğma yurda məhəbbətindən bəhs edir.Qeyd edilir ki, onun yaratdığı muzeydə tarixi keçmişi özündə əks etdirən 3 minə yaxın eksponat var.
Muzeydə rayonumuzun daş, tunc,mis,dəmir dövrlərini özündə yaşadan qiymətli materiallar, arxeloji tapıntılar diqqəti cəlb edir. Muzeydə daha çox diqqəti çəkən isə Bərdənin v əsrə aid maketi və vıı əsrə aid xəritəsidir.Bunları Xızrı müəllim sevimli şagirdi Milli Qəhraman Səfiyar Behbudovla birgə hazırlamışdı.Türkiyədən,Ukraynadan,İrandan ,ABŞ-ın Kaliforniya ştatından olan ziyarətçilər də zövqlə ürək yanğısı ilə təşkil edilmiş bu muzeylə tanış olarkən heyranlıqlarını gizlədə bilməmişlər.
Bildirilir ki,3minə yaxın qiymətli eksponat məktəbdə kiçik bir sinif otağına yerləşmir.Odur ki, rayon icra hakimiyyətinin başçısı bu eksponatların rayonumuzdakı tarix diyarşünaslıq muzeyində saxlanılmasının,həm də bu guşədə onun yaradıcısı olan Xızrı Ələkbərovun adının əbədiləşdirılməsinin məqsədə uyğun hesab etmişdir.
Babayev S.Bərdə: kəndlərdə mavi alov şölələnir.-
Respublika qəz.-2011.-17 aprel-. №078 .-S .3.
Məqalədə son günlər Bərdədə xalqın rifahı naminə görülən işlərdən söhbət açılır.Uzun illərdən bəri mavi yanacaqdan məhrum olan Bərdə kəndlərinin ardıcıl olaraq mavi yanacaqla təmin ediləcəyi qeyd edilir. Qəhrəmanlı kəndinə mavi yanacaq verilməsi ilə əlaqədar açılış mərasimindən qeydlər əsasında yazılan bu məqalədə kənd sakinlərinin sevinci və minnətrdarlıq hissi əks olunmuşdur.
Salman Alıoğlu.Qədim diyarın yeni nəfəsi.-
Respublika qəz.-2011.-.7 aprel.- № 069.-S. 5.
Məqalədə Bərdədəki quruculuq işlərindən bəhs edilir.Təbiətin şah əsəri olan Bahrala birgə rayona yeni arzular , ümidlər, sabaha dərin inam, bu imam torpağının yenidən qurulması xeyirxahlıq və doğma yurda ürədkən bağlılıq bu məqalədə öz əksini tapır. Xalqın Bərdənin ötən əsrin 70-80-cı illərdəki şöhrətini özünə qaytarmaq əzmində olduğu bildirilir.
Bildirilir ki, son iyirmi gün ərzində şəhərdə 150 mindən çox ağac əkilmiş, gül kolları basdırılmışdır.Yöndəmsiz binaların söküldüyü, əvəzində yeni binalar tikildiyi qeyd edilir. Bundan başqa rayonda ədalətli idarəetmədən, vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin yenidən qurulmasından da söhbət açılır.
Lazım Quliyev .Bərdə itirilmiş şöhrətini qaytarmaq əzmindədir.-
Azərbaycan qəz.-2011.-3aprel.-№ 69.-S.7.
Məqalədə böyük iqtisadi potensiala malik Bərdənin ölkəmizin xüsusi çəkisi olan rayonlardan olması, öz əksini tapmışdır.Qeyd edilir ki, rayonda geniş tikinti-abadlıq işləri aparılır.
Qədim Bərdənin gözəlliyindən bəhs edən dahi şair N.Gəncəvinin abidəsinin beş il əvvəl götürülüb anbarda saxlanmasına təəssüflənən müəllif tezliklə həmin abidənin yeni açılacaq parka qoyulacağını bildirir.
Hacı Ramazan Hüseynov.-Orta əsrlərdə Bərdə məscidləri.-
Bərdə qəz.-2011.-29 mart.- № 8.-S.4.
“Tariximiz ” rubrikası altında gedən bu məqalədə orta əsrlərdə Bərdədə yerləşən məscidlərdən söhbət açılır. Qeyd edilir ki, adı Bağdadla qoşa çəkilən Bərdədə 14 məscid fəaliyyət göstərmişdir.
X əsr ərəb çoğrafiyaşünası Əl-İstəxri yazır: “Suriyada olduğu kimi, Bərdədə də xəzinələr məscidin yanındadır-Xəzinə binaları adətən 9 sütunlu, dəmir qapısı və möhkəm damı olan tikililərdir.Bərdədə hökumət sarayı məscidin yanında inşa edilmişdir.”
Məscid binaları qırmızı kərpicdən tikilirdi.Qırmızı kərpic Bərdənin özündə bişirilirdi.Tikilən məscidlər adətən mədrəsələrin yanında tikilirdi.Bu məscidlərin gözü isə Came məscidi idi.Came məscidinin uca minarələrindən baxarkən Bərdənin ətraf kəndləri də aydın görünərmiş.
Məqalədə bu məcidlər haqqında qısa məlumat verilir.
Yaponiyanın səfiri qədim Bərdə torpağında-
Bərdə qəz.-2011.-20 mart.-.№ 7.-.S1.
Məlum olduğu kimi Yaponiyanın ölkəmizdəki səfirliyi Azərbaycanda müxtəlif layihələr həyata keçirmişdir.”Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqram ölkəmizdə 2000-ci ildən həyata keçirilir ki, bu da xalqın yaşayış standartlarının yaxşılaşdırılmasına yönəldilmişdir. İndiyədək həmin proqram çərçivəsində respublikamızda ümumi məbləği 10,6 milyon ABŞ dolları dəyərində müxtəlif təyinatlı 142 layihə reallaşdırılmışdır.Ümumiyyətlə Yaponiyanın müxtəlif sahələr üzrə inkişaf üçün Azərbaycana yardımının ümumi məbləği 1 milyard ABŞ dollarını keçmişdir.
Bərdəyə səfəri çərçivəsində Yaponiyanın ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Şuşuka Vatanabe ilə “Aran” Humanitar Regional İnkişaf Təşkilatının icraçı direktoru Rauf Əliyev tərəfindən Layihənin imzalanması mərasimi olmuşdur.Bütün bunlar məqalədə öz əksini tapmışdır.
Daha üç Qarabağ əlili fərdi evlə təmin edildi.-
Bərdə qəz.-2011.-31 yanvar.-№2.-S. 2
Məqalədə son illər Qarabağ müharibəsi əlillərinə göstərilən qayğıdan söhbət açılır.Qaradəmirçi, Yeni Daşkənd, Seyid Yusifli kəndlərində və şəhərdə tikilən mənzillərin,
23 Qarabağ müharibəsi əlillərinə minik maşınlarının verilməsi diqqətə çatdırılmış, son günlərdə daha 3 Qarabağ əlilinin fərdi evlə təmin edilməsi məqalədə qeyd edilmişdir.
Sahibkarlar güzəştli kredit aldılar.-
Bərdə qəz.-2011.-31 yanvar.-№2.-S. 3
İqtisadiyyatımızın daha da inkişafı naminə iş adamlarının, sahibkarların faydalı təşəbbüslərinin reallaşmasına dövlət tərəfindən hərtərəfli dəstək verməsi ildən-ilə genişlənməkdə davam edir. Bu baxımdan sahibkarlığa kömək Milli fondunun da bu işdə xüsusi rolu var. Sahibkarlara güzəştli kreditlər verməklə "Sahibkarlığa kömək Milli fondu" sahibkarlığın inkişafına təkan verir.Məqalədə bu mövzu öz əksini tapmışdır.
Məmmədov Xosrov.Bəhmən Mirzə türbəsi.-
Bərdə qəz.-2011.-18 yanvar.-№2.-S. 4
“Bərdə -3000” rubrikası altında abidələrimizə həsr edilmiş bu məqalədə rayonumuzda İmamzadə ziyarətgahının lap yaxınlığında yerləşən Bəhmən Mirzə Qacar türbəsindən söhbət açılır.
Əslən İranda məşhur Qacarlar nəslindən olan Bəhmən Mirzə dövrünün tanınmış simalarından olmuşdur.1848-ci ildə İranda baş vermiş saray fitnə-fəsadı onun rus səfarətxanasına pənah aparması ilə nəticələnmişdir. O, İranda, Rusiyada və Gürcüstanda yaşamış, Şimali Azərbaycana köçərək Bərdədə, sonra Şuşada yaşamışdır “Şükürnameyi-Şahənşah ” və “Təzkireyi-Şahənşah” əsərlərini yazmışdır.
Bu türbəni özü tikdirmiş.1884-cü ildə vəfat etmiş, öz vəsiyyətinə əsasən burada dəfn edilmişdir.
Ziyəddin Sultanov.Bərdə: Şanlı tarix və şərəfli bu gün etibarlı sabaha aparır.-“Xalq qəzeti”. -2011.-16 yanvar.-№11.-S.5
Məqalədə son illər Bərdədə gedən abadlıq və quruculuq işlərindən bəhs edilir.İlk öncə Heydər Əliyev prospektində yolların genişləndirilməsi , müasir işıqlandırma sisteminin quraşdırılması, yeni səkilərin salınması haqqında məlumat verilir.Müasirlik, yüksək zövq və səliqə-sahmanın hər addımda hiss olunduğu qeyd olunur:Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının yenilənməsi, Sabir küçəsində istirahət parkının salınması, 600 yerlik yeni şəhər musiqi məktəbinin, tarix- diyarşünaslıq muzeyinin fəaliyyət göstərdiyi qeyd edilir.Son illər 240 yerlik şəhər internat məktəbi, 624 yerlik Kətəlparaq orta məktəbinin, 2 saylı şəhər məktəbinin əlavə korpusunun tikintisindən bəhs edilir.Həmçinin 480 yerlik Qaradırnaq və 360 yerlik Gülgəzli kənd məkətbinin , Bəcirəvan kəndindəki həkim məntəqəsinin tikintisi haqqında məlumat da bu məqalədə öz əksini tapır. Şatırlı və Mirzalıbəyli kəndlərinə təbii qaz çəkildiyi, həmçinin Samux və Həsənqaya kəndlərinə də qaz çəkilişi haqqında məlumat verilir.
Əli Eyvazov, İ.Məmmədov , Samir Abbasov.- Bərdə haqqında kitab .- Respublika qəzeti.-2010.-25 dekabr.-№282.- S. 5
Nizaminin əsərlərində Bərdəni görməyən adam belə onun haqqında məhəbbətlə düşündüyünü bildirən bu məqalədə Qafqaz Albaniyasının beş əsr paytaxtı olan Bərdənin ən böyük ticarət mərkəzlərindən biri olduğu və dünyanın bir çox ölkələri ilə ticarət əlaqələri yaradaraq Azərbaycanı dünya tarixinə həkk etdiyi göstərilir.Kitab şair-publisit Axundov adına Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Xuraman İsmayılovanın doğma torpaq haqqında bu yazısında Respublika Prezidentinin Bərdədəki görüşləri, Bərdə torpağının öz yetirmələri haqqında da dəyərli materiallara kitabda yer verilir.Bərdəlilərin fəxri , qürur mənbəyi olan dörd Milli Qəhrəmanı haqqında məlumat da kitabda öz əksini tapmışdır.
1300-ə yaxın ədəbiyyatı əks etdirən biblioqrafiya gərgin bir əməyin məhsuludur.Kitab Azərbaycan , Rus və xarici dillərdə qruplaşdırılmışdır.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq üçün müəllif və sərlövhələrin əlifba göstəricisi verilmişdir.
Yaqub Mahmudov. Böyük şəhərin acı taleyi (Bərdə-3000) – “Bərdə” qəz.-2010.- 27 noyabr.- №22.-S. 3
Müəllif qeyd edir ki, Bərdə qədim Şərqin ən böyük şəhərlərindən biri olduğu üçün bu şəhərdən Volqa boyu, Qara dəniz, Aralıq dənizi və İran körfəzi sahillərinə gedən karvan yolları keçirdi. Lakin 944 cü il faciəsi bütün Qafqazın baş şəhəri sayılan Bərdəyə ağır zərbə oldu. Bu zərbənin Bərdəni fəlakətlərə düçar etdiyi bildirilir. Müəllif qeyd edir ki, bu bəlalar məhz Bərdənin sərvətinin bolluğundan yaranmışdır.
Bərdədə seminar keçirilmişdir.-“İki sahil”qəz.-2010.-23 oktyabr.-N187(5239) .-S.12
Bu yazıda Bərdədən noyabr ayının 7-də Milli Məclisə seçkilərdə ilk dəfə iştirak edəcək gənclər üçün seminar keçirildiyi haqqında məlumat verilir. Bildirilir ki, Bərdə rayonu üzrə bu il 1568 gənc ilk dəfə səs verəcək .
Seminar iştirakçılarına Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə səs verəcək gənclər ücün hazırlanmış yaddaş kitabçası paylandıgı da qeyd edilir. .
Fəqanoğlu Ə. Müalicə-Diaqnostika Mərkəzində açıq ürək əməliyyatları həyata keçirləcək.- İki sahil qəz.-2010.-23 oktyabr.-№ 196 (52480).-S. 10,14.
Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə hazırlanan “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi-inkişafının sürətləndirməsinə dair əlavə Tədbirlər Proqramı”na əsasən ARDNŞ”ın maliyyə vəsaiti hesabına respublikamızın 10-dan çox bölgəsində beynəlxalq standartlara cavab verən Müalicə Diaqnostika Mərkəzləri inşa edilib istifadəyə verilib ki, bunlardan biri də Bərdə müalicə -Diaqnostika Mərkəzlərində əhaliyə yüksək səviyyədə xidmət edilir, həmçinin açıq ürək əməliyyatları da aparılır.Yaxın gələcəkdə Bərdə Müalicə-Diaqnostika Mərkəzində də belə əməliyyat keçiriləcəyi göstərilir
Bərdədə Daş dövrünə aid maddi mədəniyyət nümunələri aşkar olunub.- “Palitra” qəz.-2010.- 15 sentyabr .-N98.-S.10-14.
Qədim Bərdə şəhərinin Şatırlı kəndində Balatəpə adlanan sahədə arxeoloji qazıntılar zamanı Daş dövrünə aid maddi-mədəniyyət nümunələrinin tapılması haqqında AMEA-nın saytının məlumatına əsasən qeyd edilir ki,indiyə qədər Bərdənin tarixinin erkən orta əsrə getməsi haqqında məlumat verilirdisə,Arif Məmmədovun tədqiqatları bu tarixiin ilk tunc dövrünə qədər olduğu barədə məlumat çatdırılır.Məqalədə bildirilir ki,arxeoloji qazıntılar zamanı Eneolit və hətta neolit dövrünə aid əşyalar aşkar edilib ki,bu da bu ərazidə yaşayı şın daş dövründən başladığını göstərir
Rəfael Malıbəy. Bərdə Türbəsi nə vaxt bərpa olunacaq.?-
.-Zaman” qəz. .-2010.- 30 sentyabr-10 oktyabr.- S. 6.
Məqalədə nadir memarlıq abidələrindən biri olan Bərdə türbəsinin uçmaq təhlükəsi ilə üzləşdiyini bildirir. Bərdənin çox yaşı olan bu türbəsinin bərpasına vəsait ayrıldığı və tezliklə işə başlanacağı bildirilir.
Ziyəddin Sultanov.-Ölkə Prezidentinin diqqət və qayğısı Bərdəni yeni zirvələrə aparır.
-“Xalq” qəz..-2010.-26 sentyabr.- N 210 (26560) .-S.4
Qəzetin bu sayında Bərdənin sahəsi, əhalisi, iqtisadiyyatı, kənd təsərrüfatı haqqında geniş məlumat öz əksini tapır.Yaşı 3 min ilə çatan Bərdənin son illərdə iqtisadi yüksəliş tempi barədə məlumat verən müəllif bir sıra ictimai və yaşayış binasının tikilib istifadəyə verildiyi haqda da söhbət açır. Məqalədə Parlament seçkilərinə hazırlıq barədə də məlumat verilir.Bundan başqa qəzetdə Bərdənin göz oxşayan binalarının fotoşəkili də verilmişdir.
E.Məmmədov.Bərdədə möhtəşəm Musiqi bayramı.- Bərdə qəz.-2010.-25 sentyabr.-№ 18.-S. 1-2.
Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 125 illiyi ilə əlaqədar Bərdədə keçirilən musiqi bayramına həsr olunmuş bu məqalədə Ü.Hacıbəyovun yaradıcılığı haqqında məlumat öz əksini tapır.Bildirilir ki, Azərbaycanda məşhur bəstəkarların yetişdirilməsində xüsusi rolu olan Ü.Hacıbəyov həmdə Azərbaycan Milli Konservatoriyasının yaradılmasının təşəbbüskarı və təşkilatçısı olmuşdur.
Tədbirdə Musiqi məktəbinin şagirdlərinin ifasında bəstəkarın əsərlərindən parçalar göstərildiyi də qeyd edilir.
E.Məmmədov.Azərbaycanın və ABŞ-nın Dövlət Bayraqları Bərdədə qoşa dalğalandı.-
Bərdə qəz.-2010.-25 sentyabr.-№ 18.-S.1-2.
Məqalədə ABS səfirliyinin Müdafiə Əməkdaşlığı Təşkilatının Bakı Ofisi və ABS-ın Avropa Komandanlığının Humanitar yardım proqramının Maliyyə dəstəyi ilə Bərdə şəhər 2saylı orta məktəbi üçün 13 sinif otağından yardımçı otaqlardan , kitabxanadan ibarət yeni bina inşa olunduğu haqda məlumat verilir.Bildirilir ki, məktəbdə məcburi köçkünlərin yerləşdirilməsi səbəbindən məktəbdə sinif otaqlarının çatışmaması dərslərin daha keyfiyyətli aparılmasına mane olurdu.Bu çətinliklərə baxmayaraq məktəb “İlin ən yaxşı məktəbi”müsabiqəsinin qalibi olmuşdur.
Məktəbdə tikilən yeni otaqların açılış mərasimində rayon icra hakimiyyətinin başçısı İ.Ağayevin və ABŞ-ın Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili cənab Adam Sterlinqin iştirak etmiş və bildirilmişdir ki, Azərbaycan və ABŞ bayraqları məktəbdə qoşa dalğalanacaq.
Lazım Quliyev.-Bərdə əhalisinin içməli su təminatı yaxşılaşır.-Azərbaycan qəz.-2010.-9 sentyabr.- № 198.-S.6.
Bu yazıda rayon Su-kanal idarəsi işçilərinin əhalinin içməli su təminatının yaxşılaşdırılması sahəsində gördüyü işlər barədə məlumat verilir. Bu işlərin sayəsində rayonda içməli su qıtlığının o qədər də hiss olunmadığı qeyd edilir. Su anbarlarının tikilməsi, təmiri, transformatların sıradan çıxması, suyun haqqının ödənilməsi problemləri barədə də məqalədə bəhs edilir.
E.Məmmədov. Ombudsman Bərdədə ictimai dinləmə keçirdi.-Bərdə qəz.-2010.-6 sentyabr № 17.-S.1-2.
Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi Üzrə Milli Fəaliyyəti Planının icra vəziyyəti ilə bağlı dinləmə keçirmişdir.
Məqalədə bu barədə məlumat verilir, qeyd edilir ki, rayon icra hakimiyyəti aparatının rəhbərləri, YAP fəalları və s. bu tədbirdə iştirak etmişdir.
E.Məmmədov. Tələbə adınız mübarək!-Bərdə qəz.-2010.-6 sentyabr.- № 17-S.3.
Bu məqalədə rayon İcra hakimiyyəti rəhbərliyinin ən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilməsi barədə məlumat verilir.Bildirilir ki, bu il ölkənin müxtəlif ali məktəblərinə rayonumuzdan 268 nəfəri 500-dən, 28 nəfəri isə 600-dən çox bal toplamışdır.O da qeyd edilmişdir ki, bu ötən illərdəkindən xeyli yüksək nəticədir.Bundan başqa ən yaxşı nəticə göstərən məktəblər barədə də məlumat verilmişdir
Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdədə regional görüş keçirilib-Yeni Azərbaycan qəz.- 2010.-04 sentyabr.-№162 (3342)-.S. 9.
Məqalədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Bərdədə keçirilən “ XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi ” mövzusunda regional görüş keçirildiyi barədə məlumat verilir. Qeyd edilir ki, tədbirdə Bərdə, Ağdam , Tərtər rayonlarının fəal qadınları iştirak etmişdir.
Tədbirdə həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın da iştirak etdiyi bildirilir.
Bir məktəbdən 47 nəfər , onlardan 10 nəfəri 600-dən çox bal toplamışdır- Bərdə qəz.-2010.-22 Avqust.- № 16 .S. 3.
Qəzetin bu sayında bu il rayonumuzdan 246 nəfərin ali məktəblərə daxil olması haqqında məlumat verilir və onlardan 28 nəfərinin 600-dən yuxarı bal topladığı bildirilir. Həmçinin qeyd edilir ki,ali məktəbə daxil olanların 47 nəfəri Zərifə Əliyeva adına texniki fənlər məktəb-liseyin məzunlarıdır ki, bunlardan da 10 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Şüküfə Əliyeva. Müasir tələblər səviyyəsində.- Bərdə qəz.-2010.- 22 avqust.- № 16-.S.2
“Sağlamlıq” rubrikası altında gedən bu yazıda Mərkəzi Rayon Xəstəxanasının nəzdində fəaliyyət göstərən doğum evində gedən əsaslı təmirdən, xəstələrə göstərilən nümunəvi xidmətlərdən söhbət açılır.Həmçinin xəstəxanaya qonşu rayonlardan da xəstələrin gəldiyi göstərilir. Bundan başqa bildirilir ki, doğum evində təkcə 2010-cu ilin 7 ayında 1116 doğuş qeydə alınmış, 1136 uşaq dünyaya göz açmışdır.
Ekalogiya ilinə ekoloji layihələrlə -Bərdə qəz.-2010.-30 iyul.- № 15.S.4
Məqalədə qeyd edilir ki, Aqro- İnformasiya Mərkəzi Bərdə və Tərtər rayonlarında istehsal olunan ekoloji cəhətdən təmiz məhsulların satış sərgisi keçirmişdir. Bildirilir ki, Milli qeyri-hökümət təşkilatı olan Aqro-İnformasiya mərkəzi yararsız torpaqların bərpasından yararlanmaqla fermerlərin həyat şəraitini yaxşılaşdırmaq, ekoloji tarazlığa nail olmaq naminə görülən işlərdən söhbət açılır. Həmçinin qeyd edilir ki, Ölkə Prezidenti tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar olaraq təşkilat cari ildə aqrar sahədə ekoloji layihələrə daha çox üstünlük verir. “İqlim dəyişikliyinə uyğunlaşmaq və onun mənfi təsirini azaltmaq üçün davamlı fermerçilik sisteminin yaradılması ilə kənd əhalisinin potensiallarının gücləndirilməsi” adlı layihə Mərkəzi Aran rayonunu əhatə edəcəkdir.
Salman Alıoğlu.
Bərdə: qədim diyar yeni libasa bürünür.-Respublika
qəzeti.-2007.- 16 mart.- № 057 (2897) S. 6.
Regionların sosial-iqtisadi inkişafı rubrikası altında gedən bu yazıda qədim Bərdə torpağının iqtisadi inkişafından, hələ 9 əsr bundan əvvəl dahi Nizaminin zövqlə tərənnüm etdiyi bu qədim diyarın öz tarixinin yeni mərhələsini yaşadığından bəhs edilir.
Bərdənin ən abad, ən yaraşıqlı, nümunəvi və yaşıllığa bürünmüş bir şəhərə çevirməyi qarşısına əsas məqsəd kimi qoymuş Bərdə camatının bu yolda əlindən gələni etdiyi bu məqalədə öz əksini tapmışdır.
Məqalədə Respublika Prezidedentinin Bərdə haqqinda fikirləri, Bərdəlilərin dövlətçiliyimizə, vətənimizə sadiqliyi haqqinda söylədiyi fikirlər də öz əksini tapmışdır.
Məqalədə həmçinin rayon İcra Hakimiyətinin başçısı İlham Ağayevin Bərdədə görülmüş və gələcəkdə görüləcək işlər haqqında fikirləri də qeyd edilmişdir.
Yusif Kərimov.
Bərdə “bərdədi”...- “Kaspi” qəzeti №056.
(1522) 4 aprel 2007. səh..
Yazıçı-publisist Yusif Kərimovun bu publisistik məqaləsində Bərdənin qədimliyi, adət-ənənələri, disporu haqqında, Bərdədəki arxeoloji qazıntılar, Makedoniyalı İsgəndərin Bərdəyə gəlişindən, Bərdənini qonaq-qaralı olmasından, vətən-vətəndaşlıq, novruz bayramı iştirakından bəhs edir.
Azər.TAC.
Bərdədə Tarix-Diyarşünaslıq muzeyinin açılışı haqqında məlumat verilmişdir. Açılışı bildirən lentin Azərbaycan Raspublikası Prezidenti İ.Əliyev tərəfindən kəsildiyi bildirilir. Həmçinin AMEA-nın arxeoloji ekspedisiyasının tədqiqatları, Bərdənin 3 min il yaşı olduğu haqqında elmi-praktik konfrans keçirəcəyi haqda məlumat verilmişdir.
Salman Alıoğlu.
Bərdədə muğam gecəsi.- Respublika qəzeti
№ 058 (3193) 15 mart 2008. səh. 12.
Məqalədə Bərdədə keçirilən muğam gecəsindən bəhs edilir. Bildirilir ki, Heydər Əliyev fondunun, Azərbaycan Mədəniyyətinin Dostları fondunun dəstəyi ilə keçirilmiş “Muğam Televiziya Müsabiqəsi-2007”-nin iştirakçılarından bir qrupu qədim Bərdənin qonağı olmuşdur. Həmçinin həmin müsabigənin münsiflər he4yyətinin üzvləri- xalq artisti, professor, istiqlal ordenli Arif Babayev və digərləri bu gecədə iştirak etmişdir. Muğam gecəsi əsl bayrama çevrilmişdir.
Ziyəddin Sultanov.
Bərdənin payız-qış qayğıları.-Xalq qəzeti
№ 249 (26307) 7 noyabr 2009. səh.4.
Məlumat xarakterli bu yazıda Bərdəı rayon İcra Hakimiyyətində rayon və şəhər təsərrüfatının payız-qış mövsümünə hazırlığının vəziyyəti və qarşıda duran vəzifələrin geniş müzakirəsindən söhbət açılır.
Müzakirədə təhsil şöbəsinin, yol istismar idarəsinin, su-kanal idarəsinin, Mərkəzi rayon xəstəxanasının, Mədəniyyət və Turizm şöbəsinin, Mənzil təmir-istsmar, Qaz-istsmar idarəsinin, Kommunal müəssisələri Kombinatının rəhbərlərinin qışa hazırlıq məqsədi ilə gördüyü işlər barədə məlumat vermişlər ki, bu da adı çəkilən yazıda öz əksini tapmışdır.
A.Məmmədov.
Əsrlərdən gələn səslər.-Azərbaycan qəzeti
№89 (5193) 26 aprel 2009. səh. 2.
“Bərdə şəhəri-3000” rubrikası altında gedən yazılardan biri olan “Əsrlərdən gələn səslər” başlıqli bu yazıda Bərdə şəhərinin Azərbaycanın zəngin tarixi keçmişə malik olmasından, yerləşdiyi təbii-coğrafi şəraiti, zəngin bitki və heyvanat aləmi, əlverişli iqlimi olduğu üçün burada ən qədim dövrlərdən insan məskənləri yaranmasına səbəb olduğu qeyd olunur.
Eyni zamanda Bərdədə aparılan arxeoloji qazıntılar barədə məlumat öz əksini tapmışdır.
Şükufə Əliyeva.
Bax, bu məhəbbətdir...Bərdə qəzeti
№23 10 oktyabr 2008ş səh.4.
“Qəhrəmanlar unudulmur” rubrikasinda gedən bu məqalə şəhidlik zirvəsinə ucalmış Qarabağ Müharibəsində misilsiz gəhrəmanlıq göstərmiş Bərdəli Milli Qəhrəman Elgiz Kərimova həsr edilmişdir.Müəllif məqləni onun anası ilə görüşdən sonra yazdığını qeyd edir. Həmçinin Elgiz Kərimovun təhsil aldığı 4 saylı məktəbin hazırda onun adını daşıdığını qeyd edir.
Müəllif sonda qeyd edir: “Şəhidlik də bir zirzədir. Şəhidlik əbədi ömrdür. Elə bir ömür ki, Elgiz də onu yaşayır. Şəhidlik elə məhəbbət, elə sədaqətdir ki, Elgiz də bu məhəbbət, bu sədaqətin ümmanında günəş kimi əks olunur.
Şükufə Əliyeva.
Ədəbi-bədii gecə.-Bərdə qəzeti
№25. 06 noyabr 2008. səh 3.
Məmməd Araz -75 rubrikası altında gedən bu məqalədə rayomn Mərkəzi Kitabxanasınnın sevimli şairimiz Məmməd Arazın 75 illik ybileyi ilə əlaqədar “Məmməd Araz işığında” adlı ədəbi-bədii gecə kecirdiyi hagda məlumat verilir.Hətta qeyd edilir ki, kitabxana işçiləri ilə bərabər fəal oxucularında fəal iştirak etdiyi bu tədbirdə xalqının qəlbində özünə əbədi məskən tapan şairin şerlərindən ibarət ədəbi-bədii kompozisiya da nümayiş etdirilmişdir.
Tahir Aydinoğlu və Ziyəddin Sultanov.
Bugünkü Bərdə şəhəri 3 min illik tarixin varisidir-Xalq qəzeti
№86 (26144) 23 aprel 2009.
Qarabağın dağı ilə aranı arasında qapı olan Bərdə torpağınin min nillərdir ki, xalqımıza isti ocaq, yurd-yuva olması, yenidən dirçəlmiş,, 3000 ildən bəri fasiləsiz olaraq Kürlə Araz arasında şöhrətli bir yaşayış məntəqəsi kimi mövcud olmasından bəhs edən bu məqalədə, həmçinin Bərdənin tarixi şəxsiyyətlərindən də bəhs edilir.
Ə.Məmmədov.
2009-cu ilin 9 ayında Bərdə rayonunun
sosial-iqtisadi inkişafı.-Bərdə qəzeti №20. 10 noyabr 2009.
Rayon Statistika idarəsinin rəisi Ə.Məmmədovun statistik məlumat xarakterli bu yazısında Bərdə rayonunda inkişaf səviyyəsi haqqında məlumat verilir. Kənd təsərrüfatında heyvandarlıq, quşçuluq, yun istehsalı, əkinçilik, sənaye, tikinti və həmçinin yeni iş yerlərinin açılması və demoqrafik vəziyyət barədə məlumat verilir.
Gülbəs Məmmədova.
Taleyin xoşbəxtlik payı.- Yeni Mədəni maarif jurnalı
№3 2009. səh. 72-73.
Məqalədə rayonumuzda və respublikamızda bir çox muşam ifaçılarına muğam öyrədən Seyid Şuşinskinin sinfində dərs alan, hazirda rayon Mədəniyyət evinin bədii rəhbəri Maarif Məmmədovun 70 illik yubileyinə həsr olunmuşdur.
Qeyd olunur ki, müəllimi Seyid Şuşinskinin əməyini hec zaman unutmauyan Maarif müəllim həçinin şagirdlərinə də daim qayğı ilə yanaşır. Bundan başqa məqalədə Maarif Məmmədovun Muğam haqqında, şagirdləri haqqında fikirləri qeyd edilir. Sonda müəllifin Maarif Məmmədovun 70 illik yubileyi münasibəti ilə təbrikləri, arzuları qeyd olunur.
Gülbəs Məmmədova.
Arif oxuyanda.- Yeni Mədəni maarif jurnalı
№1/2-2009- səh.43
Məqalə respublikamızın xalq artisti, professor Arif Babayevin Bərdə rayonunda keçirilən 70 illiyinə həsr olunmuş yubileyi gecəsinə həsr olunmuşdur.
Yubiley gecəsində Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayevin və başqalarının ybilyara təbrikləri qeyd olunmuş, həmçinin Arif Babayevin yetirmələrinin ifası haqqinda məlumat verilmişdir.
Günay .
Nüşabə qalasının bərpası başlanacaq- Paritet qəz..
№94(1395) 29-31 avqust. səh.11.
Məqalədə Azərbaycanın ən qədim abidələrindən biri olan Bərdə türbəsində yenidənqurma və bərpa işlərinə başlanacağı haqqında məlumat öz əksini tapır.
Hər tərəfindən baxanda “Allah” sözü oxunan bu qalanın Makedoniyalı İsgəndər tərəfibdən Bərdə hökmdarı Nüşabənin şərəfinə inşa etdirdiyi bildirilir. Memar isə memar Əcəmi məktəbinin yetirməsi olan Naxçıvanlı olan Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən 1322-ci ildə inşa edilmişdi.
Ziyəddin Sultanov.
Bərdə çörəkli torpaqdır-Xalq qəzeti
№184 (26242) 21 avqust 2009. səh. 3.
Məqalədə Bərdə torpağının bar-bərəkətli bol sudan gqc aldığı, Bərdə tarixçilərinin zəmilərdən 100 min tona yaxın məhsul götürdükləri qeyd olunur.
Bunun səbəbini işin düzgün təşkili, aqrotexniki qaydalara düzgün rəayət olunması, suvarna sistemləri idarəsinin kənd təsərrüfatı işçilərinə qayğısından söhbət açılır.
Aqşin Şahinoğlu.
Bərdə gündən günə müasirləşir və inkişaf edir-İki sahil qəzeti.
№167 (3101) 5 sentyabr. 2009. səh. 2-7.
Qəzetin iki səhifəlik bu məlumat xarakterli yazıda Bərdənin tarixən yaxın çərqin ən qədim yaşayış mərkəzi olması haqqinda qısa məlumat, “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008) çərçivəsində Bərdə rayonunda həyata keçirilən tədbirlət və atılan addımlar rayonun inkişafının sürətləndirilməsindən, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan, badlıq və quruculuq işlərindən, rayon əhalisinin enerji ilə təminatı, poçt xidmətləri, təhsil, səhiyyə rayon əhalisinin ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyindən bəhs edir.
Təlimdə keyfiyyət əsas şərtdir.-Respublika qəzeti
№205 (3633) 15 sentyabr. 2009. səh.6.
Təhsil ilinin başlanması ilə əlaqədar “Yeni dərs ilininz mübarək” rubrikasında gedən bu yazıda Ağdam, Ağcabədi, Laçın təhsil şöbələri ilə yanaşı Bərdə rayon təhsil şöbəsində keçirilən ənənəvi sentyabr konfransından, ilin ən yaxşı məktəbi, ən yaxşı müəllimi adına layiq görülən məktəb və müəllimlər rayon təhsil şöbəsinin müdiri Rahilə İsmayılovanın “Respulikanın Əməkdar Müəllimi” adına, Qaradəmirçi kənd orta məktəbinin müəllimi Nizami Hüseynovun “Tərəqqi” medalına layiq görülməsi qeyd edilmişdir.
Fəxriyyə Abdullayeva.
Qədim Bərdədə elektron kitabxana.
Mədəniyyət qəzeti. №10, 10 fevral 2010.
Dünən Bərdə rayonu Mərkəzi kitabxanasında Azərbaycan regionlarında yaradılan ilk elektron kitabxananın açılış mərasimi kçirilib.Tədbirdə mƏdəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Milli Məclisin deputatı Zahid Oruc, Bərdə rayon İcra hakimiyyətinin başçısı İlham Ağayev, rayon ictimaiyyəti, ziyalılar mədəniyyət müəssisələrinin əməkdaşları iştirak etdilər. Zahid Orucun Mədəniyyət qəzetinə verdiyi məlumata gorə Tədbirdə çıxış edən Ə.Qarayev Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən işlərdən, ölkə başçısı tərəfindən mədəniyyət və tarixi abidələrin bərpası, elm və təhsil sferasına göstərilən yüksək diqqət və qayğıdan danışdı: Tarix elə gətirib ki, Bərdə Qarabağın həm giriş, həm də çıxış qapısına çevrilib. Qeyd etdi ki, Azərbaycan Respublikası Przidentinin 2008-ci il 08 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Kitabxana-İnformasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” na uyğun olaraq respublikada kitabxanaların informasiyalaşdırılması işi həyata keçirilir.
Z.Sultanov.
Bərdə: yüksəliş marafonunda daha bir uğurlu il.
Xalq qəzeti, 25 fevral 2010-səh.6
Məqalədə Bərdə rayon İcra Hakimiyyətində keçerilən ümumrayon müşavirəsində 2009-cu ildə həyatın müxtəlif sahələrində irəliləyişdən, social-iqtisadi durumdan geniş söhbət açılır. Hesabat məruzəsində və ayrı-ayrı natiqlərin çıxışlarında öz əksini tapmış önəmli məsələlər fakt və rəqəmlər oxucuya çatdırılır.
Sosial-iqtisqdi inkişaf proqramının 2009-2013-cü illəri əhatə edən 2-ci mərhələsinin rayonda yüksək mütəşəkkilliklə icra olunması, geniş tikinti-abadlıq işlərinin yüksək sürətlə həyata keçirilməsi və s. haqqında məlumat verilmişdir.
L.Quliyev.
Bərdədə Novruz bayramı. Azərbaycan qəzeti
№63, 20 mart 2010.
Əlamətdar bayram günlərində yarmarkalar təşkil etmək Bərdədə bir növ ənənəyə çevrilmişdir. Martın 19-a təsadüf edən növbəti yarmarka isə elimizin əsas bayramı olan Noruza həsr edilmişdi. Yarmarkaya əsasən yerli fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Şəhər sakini, əmək veteranı Arif Əliyev minnətdarlığını bu sözlərlə bildirir: “Bu əziz gündə belə zəngin yarmarka təşkil edənlərə sağ olsunlar deyirik. Hər bir şey bazardan 15- 20 faiz ucuzdur. Bu isə ailə büdcəsinə xeyli köməkdir.” Bir neçə saat davam edən yarmarka şəhər əhalisinin bayram ovqatının daha da yüksəltmişdi.
Z.Sultanov.
Qədim Bərdənin bərəkətli yaz günləri. Xalq qəzeti
20 mart 2010-cu il səh.6.
Məqalədə Bərdə torpaqlarının münbitliyindən,müasir memarlığından, abadlaşdırma işlərindən, yeni parkların salınmasından, xəstəxana, məktəb, avtovoğzal tikintisindən və s. söhbət açılır. Həmçinin rayonun iqtisadi yüksəlişi, kənd təsərrüfatında qazanılmış nailiyyətlərdən, dövlət sektorundakı artimdan, rayonda sahibkarlar şurasının yaradilmasından söhbət açılır.
Bundan başqa imkansız ailələr üçün İmamqulubəyli və Həsənqaya kəndlərində tikilən yaşayış evləri haqqında, əhalinin su, elektrik enerjisi, qaz təhcizatı ilə bağlı problemlərin həlli yönümündə görülən işlərdən o cümlədən Bərdə şəhərinin 3 min illik yubileyinin təntənə ilə qeyd edilməsinə hazırlıq barədə məlumat dab u yazıda öz əksini tapmışdır.