84. (5Aze) Zəlimxan Yaqub.
Z-49 Peyğəmbər (poema) red:
H.Seyidzadə .-Bakı: “Pedaqogika”
nəşriyyatı. 2009. -320 s. 24 sm.nüsxə 1800
Xalq şairi Zəlimxan Yaqubun “Peyğəmbər” poemasında Allahın sonuncu elçisi Hz.Məhəmmədin örnək həyatı, islam dininin yer üzündə bərqərar olması uğrunda öz tərəfdarları ilə birlikdə apardığı mübarizə, bu yolda çəkdiyi məşəqqətlər və qazandığı uğurlar əlvan poetik boyalarla təsvir olunmuşdur. Dərin araşdırmaların,nüfuzlu din xadimləri ilə məsləhətləşmələrinin və ustad şair təxəyyülünün məhsulu kimi ortaya çıxan bu möhtəşəm əsərdən onu oxuyan hər kəsin bəhrələnəcəyi şübhəsizdir.
83. ( 5 Aze) Zəlimxan Yaqub.
Z-49
Ədəbi düşüncədə. (I cild) red:
M.Nəsiboğlu.- Bakı:
“Vətən” nəşriyyatı. 2009. -360 s. 21 sm.nüsxə 500
İSBN: 5-89968-113-6.
Kitabda xalq şairi Zəlimxan Yaqubla bağlı görkəmli dövlət xadimlərinin fikirləri, tanınmış elm adamlarının, ədəbiyyatşünasların, şair və publisistlərin onun yaradıcılığına həsr etdikləri məqalələr toplanmışdır.
63.5 (3) Əli Hüseynov.
H-62 Geosiyasət..Dərslik.elmi red: S.Qəndilov
red.M.Abdullayev.-Bakı:
“Aypara-3”
nəşriyyatı.2010-604 s. 21,5 sm. nüsxə 5000.
İSBN: 978-9952-29-029-5
Oxucuların diqqətinə təqdim edilən bu kitabda Azərbaycan dilində ilk dəfə olraq geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışlarının yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri,qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları,aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin və müasir tədqiqatçıların baxışları təhlil olunur, müxtəlif dövrləri və fərqli geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur , həmçinin oxucunun geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən materiallar təqdim olunur.
86.98 Hər yönü ilə Qurban. red.İ.Quliyev.ixt.red.Namiq Abuzərov.
Q-89 tərc.C.Əsgər.-Bakı: “Xəzər” nəşriyyatı. 2010-199 s. 21 sm nüsxə 1000
İSBN:978-9952-439-60-1.
Bu kitabda qurban ibadətinin dini əsasları, tarixi kökləri, onun ümumbəşəriliyi, fərdi, dini ,uxrəvi faydaları, fəzilətləri, Qurban səfərbərliyi, daha geniş dəyərləndirilməsi, dinlərarası dialoq fəaliyyətlərində oynadığı rol, hökmü, növləri, qurbanlıq heyvanların xüsusiyyətləri, kəsilmə şəkli və ən başlıcası qurbanın qəbulunda əsas olan niyyət ətraflı şəkildə araşdırılmış, Quran və Sünnə işığında oxuculara təqdim edilmişdir.Sonuncu fəsli tamamilə elmihal məsələlərinə həsr edən müəllif “Qurban ibadətinin hikmət dəryası”, “Qurban səfərbərliyi” adlı fəsillərdə bu ibadətin hikmətlərini, toplumun bütünləşməsində, ictimai həmrəyliyin təminində daşıdığı əhəmiyyəti ətraflı izah etmişdir.
84 (5 Aze) Çingiz Abdullayev.
A-14
Onun qəlbinin üçdə bir hissəsi: roman
tərc.S.İbrahimqızı.-Bakı.- 2010. 254 s.20 sm
İSBN: 978-5-699-41687-5.nüsxə
Kitabda hesabında onlarla işgəncə verilmiş qadınlar olan, ələkeçməz manyak “stafford qəssabı” , onu axtararkən interpolun ən yaxşı xəfiyyələri obrazlı şəkildə verilmişdir.
83.8(5 Aze) Namazov Qara.
N-21 Azərbaycan uşaq ədəbiyyatı.Ali məktəblər üçün dərslik.
Elmi red. T.Əhmədov.- Bakı. “Bakı
Universiteti” nəşriyyatı.2007.-
444 s.20sm.nüsxə 350
“Azərbaycan uşaq ədəbiyyatı”dərsliyinin girişində uşaq ədəbiyyatının əsas xüsusiyyətləri, məqsəd və vəzifələri aydınlaşdırılır.Üç hissəlik dərsliyin I hissəsində Azərbaycan şifahi xalq ədəbiyyatı,II hissəsində qədim dövrdən iyirminci yüzilin əvvələrinə qədər, III hissəsində müasir uşaq ədəbiyyatının ayrı-ayrı keçidləri haqqında müxtəsər icmal, bu keçidlərdə uşaqlar üçün daha çox yazan müəlliflər haqqında yığcam portret-oçerklər verilmişdir. Ali məktəblərin fililogiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş dərslikdən kollec, texnikum və orta məktəb müəllimləri, həmçinin ədəbiyyat tarixi ilə maraqlananlar da istifadə edə bilərlər.
83. (5Aze) Əlioğlu Məsud.
Ə-64
Darixan adamlar. 2-ci cild.red.
Sevinc Nuru qızı.-Bakı:
“Təhsil ” 2009.-284 s.22sm. nüsxə 1000
Görkəmli alim və ədəbiyyatşünas Məsud Əlioğlu yaradıcılığnda Azərbaycan ədəbiyyatında romantizm cəryanının görkəmli nümayəndəsi hesab edilən Hüseyn Cavid irsinə önəmli yer ayırmışdır. Müəllifin “ Darıxan adamlar” toplusunun 2-ci cildi bütünlüklə Hüseyn Cavid yaradıcılığının tədqiqinə həsr olunmuşdur. Kitaba “ H.Cavid romantizmi ", “ H.Cavidin lirikası ” , “ Lirik qəhrəman və həyat”, “İdeal varlıq” “H.Cavid şerində fəlsəfi motivlər”,”Cavidin demokratik idealları”adlı elmi məqalələr daxil edilmişdir.