60.54 Nəsibli A.Murtuzayeva X.
N -54 Xatun (Qadınların stolüstü kitabı). Red. H.Musabəyli
- Bakı, “Nərgiz”
2004-. 410 s.21 sm.
Kitab qadınlarımıza islam dinin qayda-qanunlarını, xalq təbabətini, sağlamlığı, ailəni , kuliraniyanı, gözəlliyi faydalı məsləhətləri öyrənməkdə tam yardımçıdır.
Kitabda sübut olunmuşdur ki, insan bu qayda-qanunlara əməl etdikdə həyatda ruhən və cismən sağlam olur.
Yeddi bölmədən ibarət olan bu kitabdakı bilgilər müxtəlif kitablardan , qəzet və jurnallardan toplanmışdır.
63. Azərbaycan tarixi . 7 ciliddə AMEA A.Bakıxanov adına
A-99
tarix inistitutu.
(Azərbaycan dili və tarixi).-Bakı “Elm”2007
I cild (ən qədimdən –b.e III əsr) məsul red: İ.Əliyev,520 s
+40 şək.illustrasiya .21 sm.-2500 nüsxə.
İSBN:978-99-52-448-36-8
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biridir. Yeddicildlik ”Azərbaycan tarixi”nin I cildi Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə edir. Kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında ölkəmizdə ibtidai insan cəmiyyətinin mərhələləri, mənəvi-həyatı, onun dağılması,ilkin sinifli cəmiyyətin və dövlətlərin meydana gəlməsi , onların taleyi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli işğalçılarla mübarizəsi, etnik məsələlər və s.açıqlanır.
2.5 A.Mehdi
M-39 Öz təbibin ol
.-Bakı “Qanun” 2003- 244 s. 20 sm- 800 nüsxə.
Kitabda xalqımızın əsrlər boyu sücgəcdən keçmiş təbabət
mədəniyyəti, müalicə üsulları,bitkilərin köməyi ilə insan sağlamlığının bərpası geniş təqdim edilmiş, elimizin adət-ənənləri ilə əlaqəli məişət və ailə davranışı problemləri aşkarlanmışdır.
Təklif olunan ailə-məişət, müalicə xarakterli məsələlərlə əlaqəli göstərilən dəlillər elmi əsaslara və geniş həyat təcrübəsinə söykənmişdir.
Kitabda şərh edilən məlumatlar bugünki sosial durum üçün aktualdır və müəllif bu sahədə yüksək peşəkarlıq göstərmişdir.
84-Aze Z.Yaqub
Z -49 Seçilmiş
Əsərləri. iki cilddə, 1 cild-Bakı “Şərq-Qərb”2006-288 s 21sm.- .2500 nüsxə.
Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun seçilmiş əsərlərindən ibarət ikicildiyinə şeirlər və dörd poeması daxil edilmişdir. Şairin əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənənlərin diriliyi ilə səciyyələnir,ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir. Aşıq sənətinə, saz şairlərinin poetik texnologiyasına bələd olan şairin qələmə aldığı şeirlər öz bədii –estetik enerjisi ilə oxucu qəlbinə yol tapır.
84.X (7 Coe) Mark Tven
T-11 Seçilmiş əsərləri .-Bakı – “Öndər Nəşriyyat” 2005-464 s. 22 sm .2500 nüsxə.
İSBN 9952-416-47-3
Kitabda
Amerika ədəbiyyatının klassiklərindən olan
Mark
Tvenin iki romanı: “Tom Soyyerin macəraları”(1876) və
“Heklberri Finnin macəraları ”(1885) əsərləri Azərbaycan
oxucusuna
təqdim olunur. Birinci romanda –
balaca
Tomun macəralarında Amerika
təhsil sistemi gülüş hədəfinə
çevrilir, burada böyük məharətli
yazıçı dünyaya uşaqların gözü
ilə baxır.
"Tom Soyerin macəraları"nın davamı kimi işlənmiş "Heklberi Finnin macəraları "nda isə zənci Cim obrazını romana gətirməklə müəllif irqi ayrı-seçkiliyə oz nifrətini bildirşişdir.
Səmədzadə Z.
S-47 İqtisadi tərəqqiyə həsr edilən ömürlər.Azərbaycan Dövlət
İqtisad
Universitetinin 70 illik yubileyinə həsr olunur.
Red: Əliyev Ə.-Bakı “Gənclik” 2002- 400 s.20sm..500 nüsxə.
İSBN 5-8220-1611-6
Iqtisadiyyatın ən müxtəlif sahələrində aktual nəzəri- metodoloji və praktiki problemlərin həllində aparıcı rol oynamış görkəmli iqtisadçılar, iqtisad elmləri doktorları Azərbaycan ziyalılarının avanqard dəstəsidir. Milli iqtisadiyyatın tərəqqisi naminə öz bilik, bacarıq və əməklərini sərf etmiş bu insanların həyat və yaradıcılığı, zənnimizcə, oxucular üçün maraqlı olacaqdır.