Tədbirlər haqqında məlumat
19.01.2012-ci il tarixdə Mərkəzi kitabxanada 20 Yanvar
Şəhidlər gününə həsr edilmiş “Azərbaycan xalqının milli azadlıq
mübarizəsi“ adı altında dəyirmi masa keçirildi.Tədbirdə YAP rayon
təşkilatında təlimatçı N. Məmmədova, rayon Texniki Peşə liseyinin
müəllim və tələbələri, fəal oxucular iştirak edirdi.Tədbiri giriş
sözü
ilə
Oxuculara Xidmət şöbəsinin müdiri A.Zülfüqarova açdı. Kitabxananın
baş kitabxanaçısı M.Əkbərova 20 Yanvar xalqımızın azadlıq mübarizəsi
mövzusunda məruzə etdi. Rayon YAP təşkilatının təlimatçısı
N.Məmmədova çıxış edərək 20 Yanvar hadisələrinin azadlıq uğrunda
mübarizədə xalqımızın əzm və mətinliyini, birliyini göstərdiyini
qeyd etdi. Texniki Peşə Liseyinin ixtisas fənn müəllimi Babayev Əli
çıxışında qeyd etdi ki, 20 Yanvar hadisələrini faciə adlandırmaq
olmaz. Bu xalqımızın azadlıq uğrunda apardığı mübarizə idi ki, bu da
müstəqilliyimizin bərpasına səbəb oldu. Fəal oxucu Kərimov Namaz
çıxış edərək qeyd etdi ki, 20 Yanvar hadisəsi bizim tarixi
qələbəmizdir. Xalqımız özünün həmrəyliyini göstərdi. Biz sübut etdik
ki, güc birlikdədir və biz bu birliklə torpaqlarımızı azad etməliyik.
Kitabxanaçı X.Məmmədova, S.Məhərrəmova çıxış edərək 20 Yanvar
hadisələrinə öz münasibətlərini bildirdilər. Onlar qeyd etdilər ki,
20 Yanvar hadisələri xalqımıza qarşı qəsd idi. Xalqımız xüsusən
gənclər bu hadisələri unutmamalı, xalqımızın qanı bahasına əldə
etdiyimiz müstəqilliyi qoruyub saxlamaq üçün hərə öz üzərinə düşən
borcu layiqincə yerinə yetirməlidir.
18.01.2012-ci il tarixdə Bərdə şəhər A.Səhhət adına Uşaq kitabxanasında 20 yanvar 1990-cı il faciəsinə həsr olunmuş “Qanlı-20 Yanvar” başlığı ilə ədəbi-bədii tədbir keçirildi.Tədbiri giriş sözü ilə uşaqlara xidmət şöbəsinin müdiri Sevda Süleymanova açdı. O, 20 Yanvar faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdi. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Tədbirdə oxucular “Qanlı-20 Yanvar”, “Ağla qərənfil ağla”, “İlham və Fərizə” başlığı ilə kompozisiya ilə çıxış etdilər. Məktəblilərdən Alışova Aygün, Məmmədova Səma, Sarıyeva Tural, Abdullayeva Zeynəb, Zülfüqarzadə Tural və s. Şəhidlərə həsr edilmiş şerlər söylədilər. İdman və gənclər idarəsinin məsul işçisi Aydın Əliyev çıxış edərək məktəblilərə 20 Yanvar faciəsinin mahiyyəti haqqında söhbət açdı. Sonra 20 Yanvar hadisəsilərinə aid sənədli filmə tamaşa etdilər.
26 dekabr 2011-ci il tarixdə A.Səhhət adına
Uşaq kitabxanasında “Yeni il” və “Dünya Azərbaycanlılarının
həmrəylik günü” münasibətilə “Yeni il , yeni
arzularla”
başlığı altında yeni il şənliyi keçirildi.Tədbiri giriş sözü ilə
uşaqlara xidmət şöbəsinin müdiri S.Süleymanova açdı.O, tədbir
iştirakçılarına yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü
haqqında məlumat verdi və sözü tədbirin aparıcısı 3 №-li məktəbin
VII sinif şagirdi Arzu Əliyevaya verdi.O, iştirakçıları yeni il və
Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik etdi və
sözü Z.Əliyeva adına məktəbin şagirdlərinə verdi.Onlar H.Günəşlinin
“Yeni il” oyun tamaşasını nümayiş etdirdilər.Yeni il personajları
Şaxta babanın, Qar qızın gəlişi tədbiri daha da şənləndirdi.
1.12.2011-ci il tarixdə A. Səhhət adına Uşaq kitabxanasında
saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan
olmasının 190 illiyi münasibətilə ədəbi-bədii
gecə keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Sevda
Süleymanova açdı. O, məktəblilərə saz-söz sənəti barədə geniş
məlumat verdi. Sonra Aşıq Ələsgərin həyatı barədə kitabxananın işçisi Humay Qəmbərova çıxış etdi. Aşıq Ələsgərin yaradıcılığı
haqqında Z. Əliyeva adına məktəbin şagirdləri Kərimov Əli və Məcidova
Zinyət geniş məlumat verdilər. Şagirdlərdən Rəhimli Elnur,
Müslüm, Fidan Ləman vəs. aşığın şerlərindən nümüunələr söylədilər. Şəhər 3 saylı məktəbin şagirdləri də maraqlı çıxış etdilər.
Şagirdlərdən Əliyeva Arzu, Məmişova Səma, Məmmədova Nuranə də aşığın
şerlərini söylədilər. Elnur, Cavid, İbrahim sazda aşıq musiqisi ifa
etdilər. Tədbirdə şəhər 1 saylı, 2 saylı, 3saylı orta məktəbin,
Akademik Z. Əliyeva adına tekniki liseyin şagirdləri iştirak edirdi.
Tədbirin sonunda aşıq Ələsgər yaradıcılına həsr olunmuş televiziya
filmi nümayiş etdirildi. Kitabxanada “Aşıq Ələsgər-190” adı altında
sərgi də təşkil edilmişdi.
29.11.2011-ci il tarixdə Mərkəzi kitabxanada Dahi Azərbaycan
şairi N. Gəncəvinin 870 illik yubleyinə həsr olunmuş “ Hər sözü bir
hikmət xəzinəsidir ” adı altında ədəbi-bədi gecə keçirildi. Tədbirdə
Bərdə rayon İdarəetmə və Texnologya kollecinin müəllim və tələbələri,
Bərdə Peşə liseyinin şagirdləri, Aran humanitar cəmiyyətinin üzvləri,
kitabxananın fəal oxucuları iştirak edirdi. Tədbiri giriş sözü ilə
açan Oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova dahi
Nizami Gəncəvinin əsərlərinin ümumbəşəri əhəmiyyətini, onun bütün
dövrlərin mütəfəkkir şair olmasını və dünya mədəniyyəti xəzinəsinə
misilsiz əsərlər bəxş etdiyini qeyd etdi. Bildirdi ki, Nizami
Gəncəvi Gəncədə sənətkar ailəsində anadan olmuşdur. Ata-anası ona
İlyas adı vermişlər, lakin tarixdə “Nizami Gəncəvi” imzası ilə
əbədiləşdi. Azərbaycanın böyük mütəfəkkiri N.Gəncəvinin əsərləri
əsirlərin sınağından keçmiş, dünya miqyasında şöhrətlənmişdir.
Bununla yanaşı Nizami yalnız dahi şair deyil. Onun ölməz ideyaları
öz dövrünü xeyli qabaqlamış, humanizm, ülvi məhəbbət. fədakarlıq və
s. hissləri oxuciya təlqin edir.
Kitabxananın işçisi Rzayeva.G. Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə geniş məlumat verdi. O, bildirdi ki, Nizami öz həyatına aid faktları ilk dəfə “ Xəmsə ” nin 2- əsəri olan “ Xosrov və Şirin ” poemasında vermişdir. Şirinin ölümünü təsvir edən şair onu vaxtsız vəfat etmiş həyat yoldaşı Afaqla müqayisə etmişdir. N.Gəncəvi 1174-1203 cü illər arasında 30 il ərzində beş poema yazmışdır. Bu poemalar bir topluda birləşərək “Xəmsə” (Beşlik) adı ilə tanınmışdır.
N.Gəncəvinin “Xəmsə” si haqqında 2 saylı şəhər kitabxanasının müdüri Xədicə Məmmədova məlumat verdi. Çıxış ətrafında Bərdə idarəetmə və Texnologiya kollecinin tələbəsi Ülviyyə Veysəlova çıxış edərək öz münasibətini bildirdi. Nizami öz yaşadığı tarixi şərait daxilində əsrin qabaqcıl ideyalarını yeni bir yüksəkliyə qaldırmışdır. Nizami müsəlman şərqindən olan şairlərdən birincisidir ki, xalqların və qəbilələrin birliyi məsələsini xüsusi bir qüvvətlə yazmışdır. Fəal oxucu Namaz Kərimov Nizami Gəncəvi irsinin öyrənilməsindən bəhs etdi. N.Gəncəvi irsinin öyrənilməsi hələ öz dövründən başlanmışdır.Əlişir Nəvai öz əsərlərinin birində qeyd edir:
Nizami hər sözü demiş birinci,
Qoymamış cilasız qalsın bir inci.
Tədbirin sonunda 8 saylı məktəbin şagirdləri N.Gəncəvinin qəzəl və poemalarından ibarət ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Kitabxanada “N.Gəncəvi-870” adı altında sərgi təşkil edilmişdi.
15 noyabr 2011-ci il tarixdə Mərkəzi Kitabxanada xalq
yazıçısı Mirzə İbrahimovun anadan olasının 100 illiyi münasibətilə
oxucu konfransı keçirilmişdir. Tədbirdə Bərdə rayon Peşə Texniki
Liseyinin müəllim və tələbələri, Aran humanitar cəmiyyətinin üzvləri,
fəal oxucular iştirak edirdi. Tədbiri giriş sözü ilə oxuculara
xidmət
şöbəsinin
müdiri A. Zülfüqarova açdı: O, qeyd etdi ki, XX əsr Azərbaycan
ədəbiyyatının təşəkkülündə və inkişafında xalq yazıçısı. M.
İbrahiovun xüsusi rolu olmuşdur. Odur ki, Azərbaycan Respublikasının
Prezidenti milli ədəbi-estetik fikrin inkişafı sahəsində
təqdirəlayiq xidmətlər göstərdiyini nəzərə alaraq yazıçının 100
illik yubileyinin geniş miqyasda keçirilməsi üçün 19 iyul 2011-ci il
tarixli sərəncam imzalamışdır. Bu onu göstərir ki, ölkəmizdə elm,
mədəniyyət və digər sahələrdə öz izini qoyub getmiş insanlara həm
sağlığında həm də dünyasını dəyişdikdən sonra lazımi qiymət verilir.
Biz XX əsr Azərbaycanın mənəvi-əxlaqi, sosial-siyasi mənzərəsi haqqında dolğun təsəvvür əldə etmək istəyiriksə M.İbrahimovun yaradıcılığına müraciət etməliyik. Çıxış edənlərdən G. İsmayılova və baş kitabxanaçı M. Əkbərova yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər. Fəal oxuculardan BDU-nun kitabxanaçılıq fakültəsinin tələbəsi N. Kərimov, dil-ədəbiyyat müəllimi A. İsmayılov, S. Abbasova çıxış edərək yazıçının həyatından bəzi məqamları oxuculara çatdırdılar. Ağayar müəllim çıxış edərək yazıçının əsərlərində bütöv Azərbaycan arzusunun ifadə olunduğunu bilidirdi. O, gənclərə qloballaşan müasir dünyamızda informasiyanın güclü axını olan bir dövrdə kitabları sevməyi,oxumağı, ondan faydalanmağı tövsiyə etdi.
11.11. 2011-ci il tarixdə Mərkəzi Kitabxanada 12 noyabr Konstitutsiya günü münasibəti ilə “ Müstəqil Respublikamızın Kostitutsiyası xalqımızın hüquqlarının qoruyucusudur ” adı altında biblioqrafik icmal keçirilmiş və kitab sərgisi təşkil edilmişdir.
13.10.2011-ci il tarixdə rayon A.Səhhət adına Uşaq
Kitabxanasında Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin
bərpasının 20-ci ildönümü münasibıtilə
“Azad,
müstəqil dövlətin övladıyıq” adı altında ədəbi-bədii gecə
keçirilmişdir. Tədbirdə şəhər 3 saylı, 1 saylı, Akademik Zərifə
Əliyeva adına Texniki Fənlər təmaüllü məktəb liseyinin şagirdləri və
fəal oxucular iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın
müdiri S.Süleymanova açdı. O, tədbir iştirakçılarını salamlayaraq
respublikamızın müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında
qısa məlumat verdi. MKS-nin metodisti H.Qəmbərova uşaqlara
müstəqilliyimizin yaranma tarixi, süqutu və 1991-ci ildə yenidən
bərpası barədə ətraflı məlumat verdi. Şagirdlərdən Əliyeva Arzu,
Əliyeva Fidan, Məmmədov Səttar, İsmixanlı Murad və başqaları vətənə,
azadlıq uğrunda həlak olanlara, milli qəhrəman Mübariz İbrahimova
həsr edilmiş şerlər söylədilər. Məktəblilərin ifasında Dövlət
bayrağımıza həsr edilmiş səhnəcik göstərildi. Sonda tədbir
iştirakçıları Azərbaycan Dövlət himnini oxudular.
07.10.2011-ci il tarixdə Kətəlparaq kənd kitabxanasında “
Müstəqil vətənim - Azərbaycan ” adı altında ədəbi-bədii gecə
keçirilmişdir. Tədbirdə Kətəlparaq kənd
orta
məktəbin tarix müəllimi Şöhrət Abbasova , şagirdlər və fəal oxucular
iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri M.Əliyeva
açdı. O, müstəqilliyimizin bərpasının 20 il ərzində respublikamızda
gedən quruculuq işlərindən danışdı. Tarix müəllimi Şöhrət Abbasova
öz çıxışında müstəqilliyimizin yaranma tarixi barədə və bu günümüzə
qədər olan dövr ərzində respublikamızda iqtisadi , siyasi , təhsil ,
mədəniyyət və digər sahələrdə Prezidentimizin apardığı uğurlu
siyasət barədə oxuculara ətraflı məlumat verdi. Sonra fəal oxucular
Sevinc İbrahimova , Hilal İbrahimova , Elşən Əsgərli və başqaları
vətənimizə , ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər
söylədilər. Sonra oxucular müstəqilliyimizə həsr edilmiş foto stend
və kitab sərgisi ilə tanış oldular.
04.10.2011 –ci il tarixdə Mərkəzi kitabxanada Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr edilmiş “ Müstəqilliyimiz qürur
mənbəyimizdir ” adı altında dəyirmi masa keçirilmişdir.Tədbirdə qeyri hökumət təşkilatlarından Aran Humanitar
Regional İinkişaf İictimai Birliyinin, Yoxsulluğun
Azaldılması,Əlillərə və Kimsəsizlərə Kömək İctimai Birliyinin
nümayəndələri və fəal oxucular iştirak edirdi.Tədbiri giriş sözü ilə oxuculara xidmət şöbəsinin müdiri
A.Zülfiqarova açdı.O, dövlət müstəqilliyimizin bərpasından keçən 20
il ərzində respublikamızda aqrar, sənaye , elm, təhsil , mədəniyyət
və digər sahələrdə görülən işlərdən qısa məlumat verdi.Böyük kitabxanaçı F.Quliyeva öz məruzəsində 20 ildə
dövlətimizin mədəniyyətimizin bütün sahələrinin inkişafında qəbul
etdiyi qanun və qərarlardan, dövlət proqramlarından oxuculara
ətraflı məlumat verdi.Oxuculardan Bakı Dövlət Universitetinin kitabxanaçılıq
fakultəsinin qiyabi şöbənin 3-cü kurs tələbəsi Namaz Kərimov
çıxışında qeyd etdi ki, dünyada yaşayan bütün azərbaycanlılar
müstəqil dövlətimizin qazandığı uğurlarla fəxr edir.Ölkəmizin
beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəlməsi, mövqeyinin
möhkəmlənməsi və dünyada söz sahibi olması bizim qurur
mənbəyimizdir. Oxuculardan Elşən Hüseynov, İlhamə Süleymanova, Jalə
Ağayeva , Sevinc Abbasova və başqaları çıxış edərək
müstəqilliyimizin asan yola qazanılmadığını, bu yolda canlarını
qurban verənləri hörmətlə qeyd etdilər və dövlət müstəqilliyinin
qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün hərə öz
üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışdıqlarını
söylədilər.
25.09.2011-ci il tarixdə Mərkəzi Kitabxana Bərdə rayon
Mədəniyyət evində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin
bərpasının 20 –ci ildönümünə həsr edilmiş
kitab sərgisi təşkil etmişdir. Sərgidə 20 il ərzində latın
qrafikası ilə nəşr edilən müxtəlif elm sahələrini əhatə edən
kitablar nümayiş etdirilir.Sərgi ilə tanış olanlar bu müddət ərzində kitabxanamıza daxil olan
kitablar haqqında öz fikirlərini söyləyir və kitabxanaya hansı
ədəbiyyatların alınması üçün təklif və rəylərini bildirirlər.
23.09.2011-ci il tarixdə Mərkəzi Kitabxanada Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci il dönümünə həsr edilmiş “Müstəqil Azərbaycan” adı altında biblioqrafik icmal təşkil edilmişdir.İcmalda müstəqilliyimizin bərpasından keçən 20 il ərzində əlifbamızın kiril qrafikasından latın qrafikasına keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında ” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan və ölkə kitabxanalarına hədiyyə edilən kitablar haqqında oxuculara məlumat verilmişdir.
08.09.2011-ci il tarixdə Mərkəzi Kitabxanada “Müasir gənclər onların
kitaba və kitabxanaya olan münasibətləri” adlı dəyirmi masa
keçirilmişdir.Tədbirdə ali və orta
ixtisas
məktəblərinin tələbələri və fəal oxucular iştirak edirdi.Tədbiri
giriş sözü ilə MKS-nin direktoru H.Mirzəyeva açdı. O, qeyd etdi ki,
bütün biliklərin əsasını kitablar təşkil edir. Görkəmli
klassiklərimizdən olan N. Gəncəvinin kitab haqqında söylədiyi fikri
açıqladı və indiki zamanda gənclərin kitabxanaya və kitaba olan
münasibətinin onların irad və təkliflərinin kitabxana işçilərinə
kitab təbliği işində böyük köməyi olacağını xüsusi qeyd etdi.
Tələbələrdən BDU-nin şərqşunaslıq fakultəsinin tələbəsi Peykər
İbrahimova çıxış edərək gənclərin nisbətən az kitab oxuduğunu
söylədi. Biz gənclər özümüzə lazım olan dərslikləri axtarıb tapırıq,
amma təkcə bununla da kifayətlənmək lazım deyil. Oxuduğumuz bədii
ədəbiyyat həm dünyagörüşümüzü artırır, həm də gələcək həyatımıza
böyük ölçüdə təsir göstərir. Mən əsasən müasir ədəbiyyatı oxumağı
sevirəm, çünkü bu ədəbiyyatlar qəlbə yaxınlığı ilə seçilir. Bir də
onu qeyd edim ki, nəşiriyyatlar daha gözəl tərtibatlı, gənclərin
zövqünü oxşayan kitablar çap etməli və tərcümə ədəbiyyatı daha
mükəmməl olmalıdır. Azərbaycan Dillər Unverisitetinin tələbəsi Röya
Alıyeva gənclərin kitablara maraq göstərdiyini qeyd etdi. Sadəcə
olaraq kitabların yaxşı formada olması, gənclərin hisslərinə uyğun
olması, həyatda gənclərə istiqamət verə bilməsi, müasir
dünyagörüşünün formalaşmasına xidmət etməsi vacibdir. Azərbaycan
Pedoqoji Unverisitetinin tələbəsi Birliyant Rəhimli qeyd etdi ki,
informasiya texnologiyaları nə qədər inkişaf etsə də heç nə yazılı
ədəbiyyatı əvəz edə bilməz. BDU-nun kitabxanaçılıq və informasiya
fakultəsinin tələbəsi Namaz Kərimov: Müasir gənclərin kitabxanaya
münasibəti son 10 ilə nisbətən indi daha yaxşıdır. Müharibə şəraiti
təhsilə maraq və diqqətin azalmasına səbəb olmuşdu. İndi isə latın
əlifbası ilə kitabların çapdan çıxması, təhsilə diqqət, kitabxanaya
marağın artmasına səbəb olmuşdur. İndi yaxşı olardı ki, regionlarda
da kitabxanalara məcburi nüsxələr verilsin. Tədbir tələbələrin və
fəal oxucuların maraqlı diskusiyaları ilə başa çatdı.
25/VIII-2011-ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxanasında
Ələviyyə Babayevanın 90 illiyi ilə əlaqədar yazıçının “Səni
axtarıram”romanının müzakirəsi təşkil
edilmişdir. Tədbiri
giriş sözü ilə kitabxananın müdiri A.Zülfiqarova açdı.Sonra sözü
MKS-nin biblioqrafiya şöbəsinin müdiri Səriyyə Məhərrəmova yazıçının
həyat və yaradıcılığı haqqında məlumat verdi.İlk olaraq Ələviyyə
Babyevanın kiçik hekayələri, tərcümələri haqqında danışan
S.Məhərrəmova yazıçının həmçinin Adamlar və talelər, Səni
axtarıram, Bəlkə sabah olmadı və s. həmçinin yazıçının romanları
haqqında da məlumat verdi.Sonra müəllifin tərcümələrindən və
H.Əliyevin, Türk yazıçısı Suat Dərvişin, Tahir Kamalın yazıçı
barədə fikirlərindən söhbət açdı. Kitabxananın daimi və fəal oxucularından Peykər İbrahimova
“Səni axtarıram”romanı haqqında məlumat verdi.Yeniliyin təmsilçisi
Elxan, xəyallar dünyasında yaşayan Ulduz, istedadsız,
Jurnalistikadan bixəbər Ədalət , İkiüzlü Əbülfəz haqqında danışdı.
Röya Alıyeva , Xədicə Məmmədova,İlduzər Abbasova , Sevinc Məmmədova
və s.əsərin məzmunu ayrı-ayrı surətlərin fəaliyyəti , düşüncələri
haqqında fikirlərini söylədilər.Tədbirdə 25 nəfər iştirakı edirdi.
2 aqust 2011-ci il tarixdə Bərdə rayon mərkəzi kitabxanasında
Bərdəli yazarlarla oxucuların görüşü kecirildi.Tədbirdə Bərdə “Söz”
ədəbi birliyinin sədriTelman
Hüseynov
birliyin üzvləri Kazım ağa, Əvəz Saleh,Sona xanım,Elşən Cavad, Elxan
Aşiq və s.iştirak edirdi.
Tədbiri giriş sözü ilə biblioqrafiya şöbəsinin müdiri S.Məhərrəmova acdı.O,qeyd etdi ki,tarixən Bərdənin Musa Kalankatuklu ,Dəvdək, Şeyx İbrahim Gülşəni Bərdəi kimi görkəmli nümayəndələri olmuşdur. Bu gün də bu davam edir.Yusif Kərimov, Rüzgar Əfəndiyeva, Bahar Bərdəli, Xasay Mehdizadə, Rahilə İsmayıllı, Rizvan Nəsiboğlu, Seyidməhəmməd Samuxlu, Kazım ağa, Qabil Əsəd, Səyyad Vəlioğlu, Şüküfə Əliyeva və sair bu kimi nümayəndələri haqqında məlumat verdi .S.Məhərrəmova kitabxanada Bərdəli yazarlara həsr edilmiş sərgi və kartotekanın təşkil edildiyini qeyd etdi.
Tədbirdə Bərdə “Söz” ədəbi birliyinin sədri Telman Hüseynov çıxış edərək gənc yazarların yaradıcılığına xüsusi qayğı və əhəmiyyət verildiyini söylədi.
Sonra gənc yazarlar oxucular qarşısında özlərinin yeni şeirlərini söylədilər və qeyd etdilər ki, belə görüşlərin tez-tez keçirilməsi onların yaradıcılığına xeyli təkan verir.
Sonda Telman Hüseynov kitabxananın kollektivinə təşəkkürünü bildirdi və qeyd etdi ki, hər bir qələm əhli çap etdirdiyi kitabından heç olmasa kitabxanaya bir nüsxə hədiyyə etməlidir və bu bizim borcumuzdur.
3 iyun 2011-ci il tarixdə Mərkəzi Kitabxanada 5 iyun ümumdünya ətraf
mühitin qorunması günü ilə əlaqədar “Ekoloji saflığın qorunması”
adlı dəyirmi masa keçirildi.
Tədbirdə
Bərdə İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbələri, 12
saylı Ekologiya və Təbiisərvətlər şöbəsinin işçiləri, Aran qeyri
hökümət təşkilatının üzvləri və fəal oxucular iştirak edirdi.
Tədbiri giriş sözü ilə İdarəetmə və Texnologiya Kollecinin müəllimi
akademik H.Əliyev adına Yaşıl Dünya kulubunun rəhbəri Xosrov
Məmmədov açdı. O, bildirdi ki, ətraf mühitin qorunmasında hər
birimizin rolu olmalıdır. Bu sağlam həyatın ən mühüm proseslərindən
biridir. Bu var olan bəşəriyyətin gələcək nəslə ötürülməsidir. Çıxış
üçün söz İdarəetmə və Texnologiya Kollecinin tələbə gənclər
birliyinin sədr müavini Əliyeva Ayselə verildi.O çıxışında akademik
Həsən Əliyevin yaradıcılığından danışdı. Bildirdi ki, akadrmik H.
Əliyevin qaldırdığı problemlər bu gün də aktualdır. Alim başqa
insanlardan fərqi ondan ibarətdir ki, 40-50 il bundan əvvəl
söylədiyi fikirlər bu gün öz əksini tapmışdır. Aran qeyri hökumət
təşkilatının üzvü Rasim Zeynalov çıxış edərək bildirdi ki, ətraf
mühitin qorunmasına yardım etmək və əhali arasında ekoloji
maarifləndirmə işləri aparmaq əhalinin ekoloji biliklərinin
artırılmasına nail olmaqdır. 12 saylı Ekologiya və Təbiisərvətlər
şöbəsinin işçiləri S. Paşayev və E, Ağayev çıxışlar ətrafında öz
fikirlərini söylədilər .Bildirdilər ki, ekoloji saflığı qorumaq üçün
tez-tez aksiyalar təşkil etmək və bu aksiyalara cəmiyyəti cəlb etmək
lazımdır. Meşə əkinləri yaşıllaşdırma və introdiksiya
labaratoriyasının müdiri Musa Şükürov şəhərdə salınan yaşıllıqların
insanlar üçün xeyirindən və onların qorunub saxlanmasından bəhs etdi.
Sonda Yaşıl dünya klubunun üzvləri Ülviyyə Veysəlova R.Rzanın Mən
torpağam şeirini, Əsli Musayeva S.Vurğunun Ceyran şeirini söylədilər.
Tədbir çox maraqlı keçdi.Tədbirdə 35 nəfər iştirak edirdi.
25.05.2011-ci il tarixdə Mərkəzi kitabxana “Kitab bayramı”
keçirdi. Bayram tədbiri rayonun görkəmli yerlərindən olan Rəsm
qalareyasının qarşısında keçirildi.
Bayram
Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr
edilmişdi. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, KİV-nin
nümayəndələri, orta məktəblərin müəllim və şagirdləri, geniş oxucu
kütləsi iştirak edirdi. Tədbirdə “ Bu il turizm ilidir ”, “ Nağıllar
aləminə səyahət ”, “ Müstəqilliyimiz əbədidir ”, “ Qədim Bərdə ” , “
Prezident tərəfindən hədiyyə edilmiş kitablar ” və s. başlıqlarda
kitab sərgiləri, görkəmli şəxsiyyətlərin kitab haqqında söylədikləri
kəlamlar yazılmış plakatlar da təşkil edilmişdi. Tədbiri aparan
Z.Əliyeva adına liseyin şagirdi Sabir Xıdırov və 3 №-li məktəbin
VII sinif şagirdi Arzu Əliyeva ilk sözü rayon Mədəniyyət və Turizm
şöbəsinin müdiri S.Həsənova verdi: O, qeyd etdi ki,
müstəqilliyimizin bərpa edilməsindən
sonra 1993-cü ildə ikinci dəfə
hakimiyyətə gələn Ulu öndər H.Əliyev mədəniyyətimizin mühüm
sahələrindən olan kitabxana işi sahəsində çox mürəkkəb dövr olan
20 ildə olduqca ciddi tədbirlər həyata keçirmişdir. Kitaba çox
böyük əhəmiyyət verən H.Əliyev kəskin maliyyə çətinliklərinə
baxmayaraq ölkədə kitabxana şəbəkəsini qoruyub saxlamaqla yanaşı bu
sahədə geniş islahatlar həyata keçirdi. Əlifbamızın kiril
qrafikasından latın qrafikasına keçməsi ilə əlaqədar olaraq ölkə
Prezidenti İ.Əliyev latın qrafikası ilə kitab çapının həyata
keçirilməsi üçün 2004-cü ildə sərəncam imzaladı. Bu sərəncama əsasən
latın qrafikası ilə çap olunmuş kitablar ölkə kitabxanalarına
hədiyyə edilir.Bərdə Mərkəzi Kitabxanasına sərəncama əsasən 122
mindən çox kitab daxil olmuşdur. Onu da qeyd etdi ki, son illər
kitab bayramlarının keçirilməsi ənənəvi hal almışdır.Məqsəd gənc
nəslə kitab təbliği işini yeni formada həyata keçirməkdir.Biz
çalışırıq ki, uşaqlar daha çox kitab oxusunlar və öz
intellektlərini artırsınlar. Tədbirdə 8 № li, 3 № li, 4№ li,
Z.Əliyeva adına texniki liseyin şagirdləri rəngarəng proqramla çıxış
etdilər. Tədbirdə təşkil edilmiş sərgilər oxucuların geniş marağına
səbəb oldu.
21.may 2011-ci il tarixdə 2№-li şəhər kitabxanasında 28 may
Respublika günü münasibətilə “Bir kərə yüksələn bayraq bir daha
enməz” adı altında dəyirmi masa
keçirildi.Tədbirdə
Bərdə texniki litseyin tələbələri iştirak edirdi.Kitabxananın müdiri
X.Məmmədova ADR-in taririxi yaranma şəraiti barəsində ətraflı
məlumat verdi. Kitabxanaçı G.Vəliyeva üçrəngli bayrağımızın və
himnimizin yaranma tarixindən danışdı. Gənc oxuculardan Təhminə
Əliyeva, Həcər Abışova. Günül Baxşəliyeva çıxış edərək Müstəgil
Azərbaycan Dövlətinin inkişafında gənclərin üzərinə düşən
vəzifələrdən danışdılar. Mərkəzi kitabxananın biblioürafı
A.İsmayılova ADR-nin hakimiyyəti dövründə Azərbaycanın düşdüyü çətin
şəraitdən. daxili və xarici siyasətindən, düşmənlərimizin respublika
daxilində törətdikləri çaxnaşmadan və nəhayət 23 aydan sonrakı
süqutundan danışdı. O, qeyd etdi ki, 1991-ci ildə Respublikamız
yenidən öz müstəqilliyini əldə etdi. Sonda cıxışını Ulu öndər
H.Əliyevin “Müstəgilliyimiz əbədidir, daimidir dönməzdir” sözləri
ilə söhbətinə yekun vurdu. Kitabxanada “Müstəgilliyimiz əbədidir”
adı altına kitab sərgisi təşkil edilmişdir. Tədbirdə 35 nəfər
iştirak edirdi.
06.05.2011-ci ildə A.Səhhət adına Bərdə rayon Uşaq
Kitabxanasında Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü ilə
əlaqədar “Xalqını dünyaya tanıdan
Lider” adlı ədəbi-bədii gecə
keçirilmişdir.Tədbirdə akademik Z.Əliyeva adına, 3 saylı, 8 saylı
şəhər məktəblərinin müəllim və şagirdləri, fəal oxucular iştirak
edirdi. Tədbiri giriş sözü ilə Uşaq Kitabxanasının baş kitabxanaçısı
A.Süleymanova açdı. O, H.Əliyevin həyatı haqqında qısa məlumat
verdi. Sonra kitabxananın biblioqrafı S.Məhərrəmova H.Əliyevin
həyatı və fəaliyyəti, onun ölkəmizin həyatında əvəzedilməz rolu
haqqında danışdı. H.Əliyevin mədəniyyət, təhsil, idman sahəsinə
verdiyi önəm, müharibə şəraitində ölkənin iqtisadiyyatının
yüksəldilməsi naminə gördüyü işləri diqqətə çatdırdı.
Şəhər 3 saylı orta məktəbin , Akademik Z.Əliyeva adına texniki litseyin şagirdləri
H.Əliyevə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Sonra həmin məktəbin VII sinif şagirdi Gülşən Ağayeva H.Əliyevə
həsr edilmiş şer söylədi. 3 saylı orta məktəbin şagirdləri İlqar
Rəhimov və Vüsal Məmmədov Ulu öndərə həsr edilmiş mahnı ifa etdilər.
8 saylı şəhər orta məktəbin 5 a sinif şagirdi Mustafayeva Gülşən
H.Əliyevə həsr edilmiş şer söylədi. Sonda tədbir iştirakçıları
H.Əliyevə həsr edilmiş kitab sərgisi ilə tanış oldular.
04.05.2011-ci il tarixdə Mərkəzi Kitabxanasında Ulu öndər Heydər
Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr edilmiş
“Müdriklikdən əbədiyyətə” adı altında dəyirmi masa
keçirilmişdir.Tədbirdə rayon 105 №-li Texniki Peşə litseyinin
müəllimləri, Bərdə rayon İdarəetmə və Texnologiya kollecinin
müəllim və
tələbələri
, 8 saylı orta məktəbin müəllimləri və fəal oxucular iştirak
edirdi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru H.Mirzəyeva açdı.
O, Ulu öndər H.Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər
haqqında qısa məlumat verdi.H.Əliyev Muzeyinin direktoru Arifət
Əhmədova H.Əliyevin həyatı və fəaliyyəti barədə geniş məruzə etdi.
O , H.Əliyevin 14 dəfə Bərdə rayonuna gəlişindən xüsusi söhbət
açdı.Sonra 8 saylı orta məktəbin müəllimi N.Məmmədova, Bərdə
İdarəetmə və Texnologiya Kollecinin müəllimi X.Məmmədov, Laçın
rayon Ağanus kənd orta məktəbinin direktoru Ağayar İsmayılov,
İdaretmə və Texnologiya Kollecinin tələbəsi Ə.İsmayılzadə Ulu öndər
haqqında böyük məhəbbət və rəğbət hissi ilə çıxış etdilər.Mərkəzi
kitabxananın biblioqrafı A.İsmayılova H.Əliyevin yalnız kitabxana
haqqında söylədiyi fikirlərdən və onun dövründə qəbul edilmiş qərar
və sərəncamlardan danışdı.Sonra 8 saylı orta məktəbin şagirdləri
kompozisiya ilə çıxış etdilər.Sonda MKS-nin direktoru H.Mirzəyeva
tədbir iştirakçılarına etdikləri maraqlı çıxışlarına görə öz
təşəkkürünü bildirdi.
24.04.2011-ci il tarixdə Bərdə rayon Mərkəzi Kitabxanasında
Esmira Orucovanın tərtib etdiyi “Bizi əsirlikdən qurtarın” kitabının
təqdimatı keçirildi. Tədbirdə fəal oxucular, İdarəetmə və
Texnologiya
Kollecinin bir qrup tələbəsi ,
Bərdə rayonu üzrə girov və əsir götürülmüş
insanların ailələri ,Qarabağ əlili Şakir Qurbanov və başqaları
iştirak edirdi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru H.Mirzəyeva
açdı.O, qeyd etdi ki, E.Orucovanın tərtib etdiyi “Bizi əsirlikdən
qurtarın” kitabı bu mövzuda yazılmış ilk kitabdır. 1905-ci ildən bu
yana xalqımızın başına gətirilən müsibətlər statistik şəkildə öz
əksini yazılı mənbələrdə tapmalı idi. Baş kitabxanaçı M.Əkbərova kitab haqqında
oxuculara geniş məlumat verdi. Tədbirdə G.Vəliyeva çıxış edərək
yaxın qohumlarından və ailə üzvlərindən 26 nəfərinin itkin düşdüyünü
söylədi.3 № şəhər kitabxanasının kitabxançısı N.Vəliyeva çıxış
edərək gənclərə itkin düşmüş qardaşı Tahir haqqında danışdı. O,
qardaşının heç vaxt düşmənə əsir düşmədiyini söylədi, onu tanıyanlar
da belə deyir. Tədbirdə Qarabağ əlili Şakir Qurbanov, fəal oxucu
S.Nəcəfova, G.Səfərova, gənclərdən A.Quliyeva və Ə.İsmayılzadə
çıxış edərək belə bir kitabın nəşr olunmasının gənclərin
vətənpərvərlik tərbiyyəsində rolunun böyük olduğunu
söylədilər.Tədbirdə 43 nəfər iştirak edirdi.
02.04. 2011-ci il tarixdə Kətəlparaq kənd kitabxanasında
Kəlbəcərin işğalı günü ilə əlaqədar vətənpərvərlik tərbiyyəsinə həsr
edilmiş”Biz yurdumuza qayıdacağıq”adı altında tədbir keçirildi.
Tədbirdə orta
məktəbin şagirdləri və fəal oxucular iştirak etdilər.Tədbiri giriş sözü ilə kitabxananın müdiri Əliyeva
Minarə açdı. O, itirilmiş torpaqlarımızın qeyd şərtsiz geri
qaytarılacağını qeyd etdi. Bu müddət ərzində bu faciəyə
dözməyənlərin dünyasının dəyişdiklərini, körpələrin həddi-buluğa
çatdıqlarını ancaq onların kiçik qəlblərində hələ də bir qorxunun,
həsrətin olduğunu, vətən həsrəti ilə yaşadıqlarını xüsusilə qeyd
etdi.Orta məktəbin VIII sinif şagirdi Rüfət Həsənov vətənə
həsr edilmiş şer söylədi və dedi ki, bu intiqam yerdə qalmayacaq,
biz torpaqlarımızı geri qaytaracağıq. Tədbirdə işğal olunmuş torpaqlarımıza həsr edilmiş sərgi
təşkil edilmişdi.
22.02. 2011-ci il tarixdə Mərkəzi Kitabxanada Xocali faciəsinə həsr edilmiş “Bu qan yerdə qalmaz” adı altında dəyirmi masa keçirildi. Tədbirdə 105 saylı texniki peşə məktəbinin müəllim və tələbələri, fəal oxucular, Gənclər və idman idarəsinin nümayəndələri iştirak edirdi.
Tədbiri Gənclər və
İdman İdarəsinin məsul işçisi A.Qasımov açdı. O,
ermənilərin tarixən xalqımıza qarşı cinayət törətdiklərini qeyd
etdi. Xocalı faciəsi insanlığa sığmayan bir cinayətdir və xalqımız
bunları heç vaxt unutmayacaqdır. Tədbirdə böyük kitabxanaçı
F.Quliyeva məruzə etdi. O, məruzəsində illərdən bəri ermənilərin
törətdikləri vəhşiliklərdən, Xocalı faciəsinin isə xalqımıza qarşı
törədilmiş soyqırım olduğunu qeyd etdi.
Tədbirdə 105 saylı Texniki peşə məktəbinin tədris hissə müdiri Seyfəddin Abdullayev, kitabxanaçı X.Məmmədova, Mədəniyyət evinin işçisi Ə.Musayeva, Şuşa qaçqın məktəbinin şagirdləri çıxış edərək, bu faciənin qisasının tezliklə alınacağını söylədilər.
17fevral 2011- ci il tarixdə Akademik Z.Əliyeva adına texniki
litseyində ,YAP qadınlar şurası ,Rayon gənclər birliyi və Mərkəzi
kitabxana ilə birlikdə
“Narkomaniya və QİÇS-ə qarşı mübarızə” adlı dəyirmi masa keçririldi.
Tədbirdə məktəb direktorları, narkoloq həkim,azyaşlı uşaqlarla iş şöbəsinin işçiləri, Bərdə İdaretmə və Texnologiya Kollecinin bir qurup tələbələri, yuxarı sinif şagirdləri iştirak edirdi.Tədbiri Rayon İcra Hakimyyətinin humanmitar işlər üzrə müavini Fəqət Şadliniskaya açdı.Narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan və onunla mübarizə tədbirləri haqqında məlumat verdi.
Həkim Tahirə Əmiraslanova çıxış edərək narkotikaya düçar olmüş insanların ondan qurtulmaq üsulları haqqında məlumat verdi.O, bildirdi ki, narkomaniyadan qurtulmaq üçün səbirli, dözümlü, iradəli olmaq lazımdır. O,qeyd etdi ki, belə xəstələr həkimə müraciət etmirlər nəticədə bu alışqanlıq ağır fəsadlara gətirib çıxarır.
Tədbirdə Bərdə Rayon İdaretmə Kollecinin tələbələri Ülvüyyə Veysəlova, Minarə İmanova, Cavid Hüseyinov diskusiyada fəal iştirak etdilər.
Gənclər birliyinin sədri Aydın Qasımov narkomaniyanın gəncləşdiyini bildirdi, və bu məqsədlə məktəblərdə gənclər arasında tez-tez söhbətlər aparılmasını,tədbirlər keçrilməsini zəruri olduğunu bildirdi.YAP qadınlar şurasının sədri Xuraman Qurbanova qadınların bu işdə köməyinin vacib olduğunu bildirdi. MKS-nin direktoru Havva Mirzəyeva gənclərin asüdə vaxtlarının səmərəli təşkilində kitabxanaların keçirdiyi tədbirlərin böyük əhəmiyyəti olduğunu,və gənclərin tərbiyyəsində mütaliənin xususi rolu olduğunu qeyd etdi.
17 yanvar 2011-ci il tarixdə Mərkəzi Kitabxanada “Azərbaycan-İstiqlaliyyət yolunun şəhidlik zirvəsi.” adı altında dəyirmi masa keçirildi.Tədbirdə fəal oxucular, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi A.Qasımov, Texniki Peşə litseyinin tədris hissə müdiri S.Abdullayev, Laçın rayon Ağanus kənd məktəbinin direktoru A.Hüseynov, ədəbiyyat müəllimi İ.Kazımlı, “Bərdə” qəzeti redaksiyasının müxbiri Ş.Əliyeva və başqaları iştirak etdi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru H.Mirzəyeva açdı. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla şəhidlərin xatirəsini yad etdilər.Kitabxananın baş kitabxanaçısı M.Əkbərova “20 Yanvar-xalqımızın hüzn günü” adlı məruzə ilə çıxış etdi. S.Abdullayev, A.Hüseynov çıxış edərək qeyd etdilər ki, belə tədbirlərin keçirilməsi, qeyd olunması yaddaşımızın təzələnməsidir.Bu yetişməkdə olan gənc nəsl üçün bir örnəkdir.Ədəbiyyat müəllimi İ.Kazımlı, A.Qasımov çıxış edərək İlham və Fərizə sevgisini gənclərə nümunə olduğunu söylədilər. Belə sevgi yalnız iki gəncin sevgisi deyil bu həm də vətən sevgisidir.Gənclərdən A.Quliyeva çıxış edərək 20 Yanvarın qurbanlarından Ü.Bünyadzadənin şeirlərini sevə-sevə oxuduğunu və onun vətən sevgisinin gənclərə çox böyük təsiri olduğunu söylədi. Sonda 3 saylı məktəbin şagirdləri “Şəhidlər” adlı ədəbi kompozisiya ilə çıxış etdilər.
24 dekabr 2010- cu il tarixdə Mərkəzi kitabxanada “Çinar örmü”
adlı Rəsul Rzanın 100 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə
keçirildi.Tədbirdə müəllimlər , fəal oxucular ,
tələbələr və geniş
oxucu kütləsi iştirak edirdi. Şairin həyatı haqqında böyük
kitabxanaçı Fəxriyyə Quluyeva geniş məlumat verdi.O,qeyd
etdi ki, Azərbaycan
poeziyasının , əzəmətini sənətkarlığını özündə toplayan şairlərimiz
sırasında bu il anadan olmsının 100 illiyini qeyd etdiyimiz xalq
şairi R.Rzanın öz yeri öz səsi var.Çinar ömürlü, həzn xəyallı böyük
insan, böyük sənətkar 1910-cu ildə Göyçayda gözəl may səhərində
anadan olmuşdur.Şairin yaradıcılığı haqqında 4 saylı məktəbin
ədəbiyyat müəlliməsi Gülçöhrə Hüseynova məlumt verdi. O, bildirdi ki,
milli şeiri məzmun və forma , biçim , dil baxımından təzə obrazlar,
ifadələr, deyim tərzi heç kəsin ona qədər işlətmədiyi qafiyələr,
neologizimlərlə zənginləşdirilmiş novator şair Azərbaycanda sərbəst
şeirin yaradıcılarından biri və böyük nümayəndəsidir.
Tədbirdə kitabxananın fəal oxucusu İlham Kazımlı Rəsul Rza şeirlərinin bəşərilliyindən, milliliyindən, onun vətənə, torpağa sonsuz sevgisindən danışmış və şairin qardaş Türkiyədə böyük maraqla oxunduğunu diqqətə çatdırmışdır.Şairin “Mən torpağam” şerini fəal oxucu Ramal Şahzadə, “Hicran” şerini Nəsibə Kərimova, “Anam”şerini Şahnaz Musyeva və s.oxucular şeirlərindən parçalar söylədilər.Kitabxanada şairin “Rəsul Rza-100” adlı sərgisi təşkil olunmuşdu. Sərgi tədbir iştirakçılarının marağına səbəb oldu.
9 Dekabr 2010-cu il tarixdə Ulu Öndər H.Əliyevin vəfatının 7-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi. Tədbirdə Ulu Öndər H.Əliyevin xatirəsi bir dəgigəlik sükutla yad edildi
Tədbirdə Bərdə rayon YAP idarə heyətinin təşkilatçısı
Nuriyyə Məmmədova , Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Validə
Nabatova, MKS-nin direktoru Havva Mirzəyeva və kitabxananın fəal
oxucuları iştirak edirdi. Tədbiri giriş sözü ilə V.Nabatova açdı.
Sonra çıxış üçün söz 28 saylı kitabxananın müdiri
Xədicə
Məımmədovaya verildi. Çıxışda Ümumilli Liderimiz Heydər Əliyevin
1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinə bir nəzər
salındı. Sonra ayrı-ayrı çıxışlar oldu.
MKS-nin direktoru Havva Mirzəyeva çıxış edərək H.Əliyevin mədəniyyət sahəsinə, həmçinin də kitabxanalara göstərdiyi gayğıdan danışdı. Kitabxanaların bu gün bu şəkildə fəaliyyət göstərməsində H.Əliyevin və onun layiqli davamçısı olan İ.Əliyevin böyük qayğısı olmuşdur. Bunu 2003-cü ildən indiyədək mədəniyyət və kitabxanalar haqqında vermiş olduğu qərarlar və sərəncamlar sübut edir.
Laçın rayonu köçkünü, hazırda kitabxanaçı işləyən Gülayə Əliyeva Ulu Öndərin qaçqın və köçkünlərə göstərdiyi qayğıdan əhatəli danışdı və bu gün də İ.Əliyevin bu işi layiqincə davam etdirdiyini qeyd etdi.
Fəal oxucu Məmmədov Fərid İ.Əliyevin gənclərə göstərdiyi qayğıdan söhbət açdı. Sonda H.Mirzəyeva Müstəqil Azərbaycanın memarı Ümummili lider H.Əliyevin 2003-cü ildə hakimiyyətə qayıtması və canından artıq sevdiyi xalqı üçün gördüyü işlərdən söhbət açdı.
Tədbirin sonunda YAP idarə heyyətinin təşkilatçısı N.Məmmədova Ulu Öndərin xalqımızın qəlbində həmişə yaşayacağını və gənclərin ondan örnək alaraq vətəninə və xalqına sadıq övladlar kimi yetişəcəklərinə əmin olduğunu bildirdi.
Tədbirdə 42 nəfər iştirak edirdi.
15 oktyabr 2010-cu il tarixdə Mərkəzi kitabxanada 18 Oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə dəyirmi masa keçirildi.
Tədbirdə fəal oxucularla yanaşı Bərdə İdarəetmə və Texnologiya kollecinin tələbələri də iştirak edirdilər. Tədbiri giriş sözü ilə Kitabxananın “Oxuculara xidmət” şöbəsinin müdiri Almaz Zülfüqarova açdı və bildirdi ki, müstəqilliyin bərpası yolunda yeni tarixi şans xalqımıza 1991-ci il oktyabrın 18-də nəsib oldu. Həmin gün Azərbaycanın Dövlət Müstəqilliyi haqqında akt qəbul edildi. Bu akt Müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun., siyasi və iqtisadi inkişafının əsasını özündə əks etdirmişdir.
Çıxış ətrafında müzakirələr oldu. Çıxışda Bərdə İdarəetmə və Texnologiya Kollecinin tələbələri Həsənli Etibar, Qurban Hümbətov , Qeysərli Ülviyyə və b. öz fikirlərini bildirdilər.
Gənclər bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin məşhur kəlamlarından birində deyilir: ”Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Biz gənclərin də üzərinə düşən vəzifə çətinliklə əldə olunan müstəqilliyi qoruyub saxlamaqdır.
Kitabxanada 18 oktyabr Dövlət müstəqilliyinə həsr edilmiş geniş kitab sərgisi təşkil edilmişdir.
Tədbirdə 38 nəfər iştirak edirdi
29.09.2010-cu il tarixdə Mərkəzi Kitabxanada Əlibaba Hacızadənin
anadan olmasının 75 illiyi ilə əlaqədar onun “Dünyanı tanı”
kita
bının müzakirəsi keçirildi. Müzakirədə fəal oxucu Namiq Kərimov,
Ramin Hüseynov və eyni zamanda Bərdə rayon İdarəetmə Kollecinin bir
qrup tələbələri iştirak edirdilər.
Tədbirdə çıxış edən Namiq Kərimov yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verərək bildirdi ki, Ə.Hacızadə gənclər tərəfindən sevilə-sevilə oxunan yazıçılardandır. Yazıçının “İtgin gəlin”, “Əfsanəsiz illər”, “Təyyarə kölgəsi”, “Dünyanı tanı”, kitabları geniş oxucu kütləsi tərəfindən rəğbət qazanmışdır. Fəal oxucu Veysəlova Ülviyyə əxlaqi təmizlik, prinsipiallığı təblğ edən, xalqımızın maddi-mənəvi sərvətlərini talan etməyə, insanların həyata, xeyirxahlığa, düzgünlüyə olan inamını məhv etməyə çalışanra qarşı kəsgin mübarizə aparan əsərin qəhrəmanı Nəzər müəllim haqqında öz fikirlərini söylədi. Dadaşov Samir, Hacıyeva Samirə və başqaları müzakirə zamanı qeyd etdilər ki, zamanında müəllif gəncləri mərd, mübariz olmağa, alnıaçıq, üzüağ yaşamağa və yaşadığımız dünyanı dərk etməyə çağırır.Müzakirə şox maraqlı keçdi. Müzakirədə 38 nəfər iştirak edirdi. Kitabxanada həmçinin “Ə.Hacızadə-75” adlı sərgi tərtib edilmişdir.

16. VIII. 2010-cu il tarixdə Bərdə rayon Mərkəzi Kitabxanasında Xalq şairi B.Vahabzadənin anadan olmasının 85 illiyi münasibəti ilə “Milli azadlıq və istiqlal şairi” adlı ədəbi-bədii gecə kecirildi.Gecəni giriş sözü ilə kitabxananın müdiri A.Zülfüqarova açdı. Şairin həyat və yadacılığı haqqında fəal oxucu Günel Qasımova geniş çixış etdi. O, bildirdi ki, B.Vahabzadə poeziyasınin başlıca qayəsi vətəndir.Çıxış ətrafında geniş müzakirələr oldu. Tədbirdə oxuculardan Kərimova Nəsibə, Şahlarzadə Ramal, İbrahimova Peykər və s. şairin şerlərindən söylədilər, şerlərinə həsr olunmuş musigilər səsləndi. Kitabxanada “B.Vahabzadə-85” adlı sərgi təşkil edilmişdir.Tədbirdə 45 nəfər iştirak etdi.
31 iyul 2010-cu il tarixdə Mərkəzi Kitabxanada milli mətbuatımızın 135
illiyinə həsr edilmiş “Milli mətbuatımız bu gün” a
dı
altında dəyirmi masa keçirildi.Tədbirdə BDU-nun tələbələri , Bərdə
İdarəetmə və texnologiya Kollecinin tələbələri, müəllimlər, fəal oxucular iştirak edirdi. Tədbiri giriş sözü ilə şəhər 28 saylı
kitabxananın müdiri X.Məmmədova açdı. O, qeyd etdi ki , 22 iyul
Azərbaycan mətbuatının doğum günü tarixə qızıl hərflərlə yazıldı.
Azərbaycan xalqının maariflənməsində, intellekt səviyyəsinin
yüksəlməsində ilk mətbu orqan olan “Əkinçi”qəzetinin rolu böyük
olmuşdur.Tədbrdə BDU-nun Şərqünaslıq fakultəsinin tələbəsi Peykər
İbrahimova mətbuatımızda gəncləri ən çox maraqlandıran yazılar
haqqında ətraflı danışdı. BDU-nun tələbəsi Nüşabə Əliyeva çıxış
edərək “Əkinçi”qəzetinin yaranmasından, mətbuat işçilərinin bu
qaynaqlardan qidalanaraq zaman-zaman dünyaya intiqrasiyasından
danışdı.Tələbələrin, idarə və təşkilat nümayəndələrinin iştirak
etdiyi bu tədbirdə mətbuatda dərc edilən yazıların daha mükəmməl
düşünərək mətbuat səhifələrinə çıxarılmasınının, ən çox gənclərin həyat
tərzindən bəhs edilən yazıların dərc olunmasınıın daha məqsədə uyğun
olduğunu qeyd etdilər.Tədbirdə milli mətbuatımızın tarixini əks
etdirən əsərlərdən, dövrü mətbuat nümunələrindən ibarət sərgi təşkil
edilmişdir.Tədbirdə 48 nəfər iştirak etdi.

22 iyun 2010-cu il tarixdə Bərdə rayon Mərkəzi Kitabxanasında Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilmişdir. Gecəni giriş sözü ilə Oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açdı. O, şairin vətənpərvərliyi, dostluğa sadiqliyi, özünə ciddi yanaşmağı haqqında ümumi məlumat verdi. Kitabxananın fəal oxucusu Bərdə İdarəetmə və Texnologiya kollecinin tələbəsi Nəsibə Kərimova şairin həyat və yaradıcılığı haqqında geniş çıxış etdi. 28 saylı Kitabxananın müdiri Xədicə Məmmədova çıxış edərək şairin yaradıcılığındakı fərqli xüsusiyyətlərindən danışdı.Tədbirdə fəal oxuculardan Ülviyyə Veysəlzadə, Zahir Qasımov, Nəsibə Kərimova şairin şerlərindən parçalar söylədilər.Çıxış edənlər şairin o taylı -bu taylı azərbaycanlıların həsrətləri haqqında yazılmış şerlərindən xüsusi söhbət açdılar.Tədbirdə şairin əsərlərindən və onun haqqında yazılmış xatirələrdən, məqalələrdən ibarət geniş sərgi təşkil edilmişdi.Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular. Tədbirdə 45 nəfər iştirak edirdi.
04.06. 2010-cu il tarixdə Mərkəzi Kitabxanada "Ekologiya ili"nə həsr edilmiş “Təbiəti qoruyaq” adı altında dəyirmi masa kecirilmişdir.Tədbirdə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbələri, Akademik Həsən Əliyev Adına “Yaşıl Dünya” klubunun üzvləri , Ekologiya informasiya ictimai birliyinin sədri Musa Muradov, “Aran” QHT-nin nümayəndələri və fəal oxucular iştirak etmişdir.Tədbirdə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin ekologiya müəllimi, kənd təsərrüfatı elmləri namizədi Xosrov Musayev ekologiya ili ilə əlaqədar geniş məlumat verdi. O, son dövrdə təbiətdə baş verən qlobal istiləşmə, daşqınların və s. baş verməsində ekoloji tarazlığın pozulması halları ilə əlaqələndirdi. Bunun üçün həyəcan təbilinin çalınmasını, yaşıllıqların, meşələrin qorunub saxlanmasını və bu işdə gənclərin daha yaxından iştirakını zəruri saydı.“Yaşıl Dünya” birliyinin sədri Etibar Həsənli çıxış edərək ölkəmizin bütün bölgələrində abadlıq, yaşıllaşdırma işlərinin aparılmasından və bu sırada Bərdə rayonunda da aparılan işlərdən danışdı və bu işdə bütün gəncləri fəal iştirak etməyə çağırdı.Taleh Şahsuvarov çıxış edərək işlədiyi layihələrdən danışdı və bunun səmərə verəcəyini qeyd etdi.Sonda MKS-nin direktoru H.Mirzəyeva çıxış edərək belə tədbirlərin çox böyük əhəmiyyəti olduğunu qeyd etdi. Kitabxana oxuculara hər sahədə olduğu kimi ekologiya sahəsində də informasiyanın catdırılmasında mühüm rol oynayır.
25.05.2010-cu il tarixdə Mərkəzi kitabxana H.Əliyev muzeyinin qarşısında “Kitab bayramı ” keçirmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İ.Ağayev, icra aparatının nümayəndələri , idarə və təşkilatların nümayəndələri, ziyalıları, məktəblilər və çox saylı əhali iştirak edirdi. Tədbirdə müxtəlif mövzulara aid kitab sərgiləri təşkil edilmişdi.
08.05.2010-cu i
l tarixdə A. Səhhət
adına Uşaq kitabxanasında Böyük Vətən müharibəsində qələbənin
65-ci
ildönümü münasibətilə müharibə veteranları ilə görüş keçirildi.Görüşdə veteranlardan Tahirov Cəlil, Aslanov Hüseyn,
Əhmədov Musa, Yarməmməd İsmayılov, Hüseynov Hüseyn, Əsədov
Səlim, iştirak etdilər.Tədbiri kitabxananın işçisi H. Qəmbərova açdı. O, Böyük
Vətən müharibəsi haqqında ətraflı məlumat verdi. Sonra kitbxananın
işçisi A. Süleymanova Böyük Vətən müharibəsində Azərbycanın
rolu mövzusunda tədbir iştirakçılarına geniş məlumat verdi.Veteranlar keçdikləri döyüş yolları haqqında tədbir
iştirakçılarına danışdılar, oxuculara öz tövsiyyələrini verdilər.
Şəhər 8 saylı, Z. Əliyeva adına məktəbin şagirdləri veteranları
qələbə günü münasibətilə təbrik etdilər. Tədbirdə 70 nəfər iştirak
edirdi.
05.05 2010-cu il tarixdə Mərkəzi kitabxanada yazıçı, publisist, millət vəkili Elmira Axundovanın 4 cildlik “Heydər Əliyev.Şəxsiyyət və Zaman ” kitabının təqdimat mərasimi keçirildi.
Mərasimdə fəal oxucularla bərabər Bərdə rayon İcra Hakimiyyətinin və İctimai təşkilatların nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları belə bir kitaba görə müəllif Elmira Axundovaya öz minnətdarlıqlarını ifadə etdilər.
Tədbirdə 42 nəfər iştirak etdi.
03.05.2010-cu il tarixdə Bərdə rayon Mərkəzi kitabxanasında Qələbənin 65 illiyi ilə əlaqədar H.Abbaszadənin general Həzi Aslanova həsr edilmiş “General” kitabının müzakirəsi keçirildi. Müzakirədə Bərdə İdarəetmə Kollecinin tələbələri R.Zahir, F.Davud, D.Samir, V.Ülviyyə və fəal oxuculardan M.Xədicə, K.Nəsibə, R. Vüqar və başqaları çıxış etdilər.
Müzakirədə 35 nəfər iştirak edirdi.
16.04.2010-cu il tarixdə Mərkəzi Kitabxanada “Ekoloji
problemlər” adlı dəyirmi masa keçirilmişdir. Ölkə prezidenti İlham
Əliyevin sərəncamı ilə 2010-cu ilin “Ekologiya İli”
elan edilməsi ilə əlaqədar MKS-də vaxtaşırı tədbirlər təşkil edilir.
Tədbirdə Bərdə şəhər İdarəetmə və Texnologiya kollecinin müəllim və
tələbələri, “Ekoloji informasiya” İctimai Birliyinin üzvləri iştirak
etmişdir. Tədbirdə “Ekoloji informasiya” İctimai Birliyinin
regionlarda “Ekoloji informasiyalaşdırma kompaniyasının təşkili"
layihəsinin rəhbəri Taleh Şahsuvarlı, birliyin sədr müavini kənd
təsərrüfatı elmləri namizədi Xosrov Musayev, “Ekoloji informasiya”
İB layihə koordinatoru Emin Əliyev, 28 saylı şəhər kitabxanasının
müdiri Xədicə Məmmədova çıxış edərək rayonda ekoloji propblemlərin
həllində yaxından iştirak etməyin vacibliyindən danışdılar.
“Yaşıl dünya” tələbə birliyinin üzvləri Etibar həsənli, Orxan
Şirinli, Fəridə Məmmədova, Hicran Hüseynova və başqaları çıxış
edərək rayonda yaşıllaşdırma işlərinin sürətləndirilməsinin
vacibliyini qeyd etdilər, bu sahədə bu birliyin gördüyü işlər
haqqında məlumat verdilər. Kitabxanada mövzuya dair sərgi təşkil
edilmişdi.
15.04.2010 cu il tarixdə Mərkəzi kitabxanada YAP Bərdə rayon təşkilatı
ilə birlikdə “Erkən nigah və ailələrin dağılması” adlı tədbir
keçirilmişdir.Tədbirdə rayonun müxtəlif idarə və təşkilatlarının
nümayəndələri, orta məktəblərin müəllim və şagirdləri, tələbələr
iştirak etdi.
Tədbiri giriş sözü ilə YAP Bərdə rayon şöbəsi Gadınlar Şurasının sədri Xuraman Qurbanova açdı. O, son zamanlarda ölkəmizdə azyaşlı qızların məktəbdən valideyinləri tərəfindən zorla ayrıldığını, erkən nigaha daxil edildiyini və bunun sonradan ciddi fəsadlar törətdiyini qeyd etdi.
Həkim-ginekoloq Yeganə Abdullayeva erkən nigahın qızlarımıza tibbi
cəhətdən də çox pis təsir etdiyini, həmçinin bunun sonsuzluqla
nəticələndiyini qeyd etdi.
Rayon VVAQ şöbəsinin müdiri Səmayə Mehdiyeva erkən nigahların daha çox boşanma ilə nəticələndiyini qeyd etdi və bunun qarşısının alınmasının vacibliyini göstərdi.
Tədbirdə 2 sayli orta məktəbin direktoru Pakizə Muxtarova, 5 saylı orta məktəbin direktor müavini Ofeliya Rüstəmova və gənclər çıxış edərək mövzuya münasibət bildirdilər.
Tədbirdə həmcinin rayon prokurorluğunun və rayonun dini idarəsinin nümayəndələri də iştirak etmiş və qeyd etmişlər ki, erkən nigah, nigahdan kənar ailələrin problemləri həm dinimizə, həm də ümumiyyətlə insan psixologiyasına zərər gətirir. Bundan başqa erkən nigaha girən qızların ailələrində çox zaman mübahisələr yaranır və sonda məhkəmələrə müraciət etmək zərurəti yaranır. Buna görə də həm məktəblərdə, həm ailələrdə həm də ümumuiyyətlə cəmiyyətdə bu hallara son qoymaq zamanı gəlib çatmışdır.
16.03.2010-cu il tarixdə Bərdə rayon A.Səhhət adına Uşaq Kitabxanasında “Milli-mənəvi dəyərlərimiz” mövzusunda Novruz bayramına həsr olunmuş tədbir kecirilmişdir.Tədbirdə kitabxananın işçisi A.Süleymanova milli-mənəvi dəyərlərimiz barədə iştirakçılara ətraflı məlumat verdi. MKS-nin metodisti H.Qəmbərova çıxış edərək çərşənbələrin nəyə görə su, od, yel və torpaq adlandırıldığı haqqinda danışdı. Məktəblilərin ifasında Novruza həsr edilmiş şerlər, rəqslər Novruzun atributu olan kosa və keçəlin maraqlı çıxışları oldu.
15.03.2010-cu il tarixdə Mərkəzi kitabxanada “Milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında qadınların rolu” adı altında dəyirmi masa keşirilmişdir.
Tədbirdə rayonun ictimai həyatında yaxından iştirak edən qadınlar, Yap qadınlar şurasının sədri X.Qurbanova , rayon qadınlar şurasının sədri R.Babayeva, “Bərdə” qəzetinin şöbə müdiri Ş.Əliyeva, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov və başqaları iştirak etdilər.
Çıxış edənlər müasir şəraitdə ictimai həyatda qadınların oynadıqları roldan danışdılar. Qadınların gənc nəslin təlim-tərbiyəsində xüsusi olaraq məsuliyyət daşıdıqlarını qeyd etdilər.
MKS-nin direktoru H.Mirzəyeva çıxış edərək qeyd etdi ki, yeni ailə quranlarda boşanmaların səbəbini axtarmaq lazımdır. Mənə elə gəlir ki, gənclərin dünyagörüşünün məhdud olması buna gətirib çıxarır. Bunun da əsas səbəbi gənclərin kitab oxumamasındadır. Hamımıza məlumdur ki, müasir informasiya texnologiyaları kitabların insanlara verdiyi mənəvi zövqü və həyatı olduğu kimi çatdıra bilməz. Biz çalışmalıyıq ki, gəncləırimiz daha çox kitab oxusunlar.
Rayon qadınlar şurasının sədri R.Babayeva çıxış edərək tarixdə qadınların ictimai həyatda oynadığı roldan danışdı. Dəyirmi masa arxasında maraqlı fikirlər söylənildi.
05.03.2010-cu il tarxidə 28№-li Gənclər Kitabxabxanasında 8 Mart Beynəxalq Qadınlar gününə həsr edilmiş “Analara məhəbbət ”adı altında tədbir keçirlmişdir.
Tədbiri 28 № Gənclər kitabxanasının müdiri X.Məmmədova açaraq qadınların həyatda və cəmiyyətdə rolundan danışdı. Kitabxanaçı G.Vəliyeva çıxış edərək gənclər anaların müqəddəsliyindən danışdı və qeyd etdi ki, Peyğəmbər Əleyhissalam “ Cənnət anaların ayaqları altındadır” kəlamın xatırlatdı.
Tədbirdə fəal axuculardan Şəbnəm Rəhimova, Günel Baxşəliyeva, Günel Alıyeva analara həsr edilmiş şerlər söylədirlər.
24 fevral 2010-cu il tarixdə Bərdə rayonu Abbas Səhhət adına Uşaq kitabxanasında Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə “Əsrin Xocalı faciəsi” adı altında oxucu konfransı keçirildi.
Tədbirdə oxuculara Xocalı faciəsi barədə geniş məlumat
verildi. Qeyd edildi ki, bəşər tarixi bir cox faciənin şahidi
olmuşdur. Azərbaycanlıların ermənilər tərəfindən soyqırımı,
1948-1952- ci lllərdə soydaşlarımızın doğma torpaqlarından
deportasiya edilməsi, 20 Yanvar və Xocalı soyqırımının da məhz
belə faciələrdən olduğu bildirildi. Bu hadisə Azərbaycan Respublikası
1991-ci ilin oktyabr ayında tarixi dövlət müstəqilliyini
bərpa etdikdən sonra baş verdiyi xüsusilə qeyd edildi. Bu
Azərbaycanın Dövlət Müstəqilliyinə və ərazi bütövlüyünə qarşı
çevrilmiş terror siyasətinin təzahürü, bütövlükdə insanlıq
əleyhinə törədilmiş qəddar cinayət aktı idi. Tədbirdə
oxucularla bərabər Gənclər və idman idarəsinin baş məsləhətçisi
A. Qasımov, şəhər 1 saylı, 2 saylı, 5 saylı, 8 saylı, məktəblərin
müəllim və şagirdləri daha fəal iştirak etdilər.
Kitabxanada həmçinin “Xocalı faciəsi” adı altında sərgi təşkil edilmişdi. Sərgidə milli qəhrəmanlarımız, Xocalıda həlak olan əhalinin siyahısı və Xocalı soyqırımına həsr edilmiş materiallar öz əksini tapmışdı. Sonda fəal oxucuların ifasında Xocalıya həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olundu.
Oxucular bu faciənin heç vaxt unudulmayacağı, torpaqlarımızın mənfur erməni işğalçılarından azad olunacağı barədə nikbin fikirlər söylədilər. Vətənə borclarını yaxşı təhsil almalarında və vətənə layiqli övlad kimi yetişməkdə gördülər.
25 fevral 2010-cu il tarixdə Bərdə rayon Mərkəzi kitabxanasında 26 fevral Xocalı faciəsinə həsr edilmiş dəyirmi masa keçirildi.
Tədbirdə fəal oxucularla yanaşı Bərdə rayon Şəhid ailələri və
Qarabağ əlilləri cəmiyyətinin sədri Etibar Hüseynova, rayon icra
hakimiyyətinin məsul işçisi Yusif Yusifzadə, Uşaq incəsənət
məktəbinin direktoru Cəmilə Orucova, “Bərdə qəzeti”nin şöbə müdiri
Şükufə Əliyeva, 105 № li texniki peşə litseyinin müəllimi Seyfəddin
Abdullayev, YAP Bərdə rayon təşkilatının nümayəndəsi Nurayə
Məmmədova, Mədəniyyət və Turizm şöbəsinin inspektoru Validə Nabatova
və başqaları iştirak etdi.
Tədbiri MKSinin direktoru H.Mirzəyeva açdı. O, Xocalı faciəsindən 18 il keçdiyini və bu müddət ərzində faciənin Beynəlxalq miqyasda taninması üçün dövlət qurumlarının, eləcə də ictimai qurumların bu sahədə apardığı işlərdən danışdı.
Şəhid ailələri və Qarabağ əlilləri cəmiyyətinin sədri E.Hüseynova
çıxış edərək Xocalı əhalisinin başına gələnlərdən danışdı və əlavə
etdi ki, gələcəkdə belə bəlaların başımıza gəlməməsi üçün dövlət
müstəqilliyimizin qorunub saxlanmasında hər birimiz bir vətəndaş
kimi öz üzərimizə düşən işləri həyata keçirməliyik.
105 saylı texniki peşə litseyinin müəllimi Qarabağın tarixindən danışdı, ermənilərin təkcə əhaliyə qarşı deyil, həmçinin tarixi-mədəni abidələrimizi də terrora məruz qoyduqlarını qeyd etdi.
Rayon icra hakimiyyətinin məsul işçisi Yusif Yusifzadə də ölkədə Xocalı soyqirimı ilə əlaqədar görülən işlərdən danışdı.
Uşaq incəsənət məktəbinin direktoru Cəmilə Orucova erməni xislətindən, onların məkirli siyasətindən danışdı.
“ Bərdə " qəzet nin şöbə müdiri Şükufə Əliyeva gələcəkdə unutqanlığa yol verilməsin deyə ailədə, məktəbdə və digər yerlərdə uşaq və gənclərimizə tariximizi daha məsuliyyətlə öyrətməyin vacibliyini qeyd etdi.
Rayon Mədəniyyət və Turizm şöbəsinin inspektoru Validə Nabatova da çıxış edərək xalqimizın birliyinin vacibliyini qeyd etdi.
Sonda iştirakçılar kitabxanada təşkil edilən “Xocalı faciəsi” adlı kitab sərgisinə baxdılar
Cari ilin 16
yanvar tarixində Bərdə rayonu Mərkəzi Kitabxanasında orduya
çağırış yaşlı gənclərlə vətənpərvərlik mövzusuna həsr edilmiş “
Vətənimiz-Azərbaycandır” adı altında dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Oxuculara xidmət şöbəsinin müdiri Almaz
Zülfüqarova açaraq vətənimiz Azərbaycanın tarixi keçmişi haqda qısa
məlumat verdi. Bundan sonra kitabxananın fəal oxucusu 105 saylı Peşə
təhsili litseyinin müəllimi Seyfəddin Abdullayev çıxış edərək
gənclərə təkcə vətən yolunda canlarından keçməyi deyil, öz işi ilə əməli
ilə vətənin güclənməsinə xidmət edən hər bir insanın vətənpərvər
olduğunu qeyd etdi.Əmin olduğunu bildirdi ki, hər bir Azərbaycan
gənci yeri gələndə igid oğullarımız kimi canlarından keçməyi, işğal
altında olan torpaqlarımızın hansı yolla olursa olsun geri
qaytaracaq.
Fəal oxucu rayon Mədəniyyət sarayının direktoru Musa
Muradov öz çıxışında keçmişimizə qayıdaraq onların yolunu
gənclərimizə örnək göstərdi. Vətənimizin övladlarının elm, siyasət,
qəhrəmanlıq uğrunda gördüyü işlərdən, göstərdikləri
qəhrəmanlıqlardan danışdı.
Tədbirdə 28 saylı şəhər kiatabxanasının müdiri Xədicə
Məmmədova, Gülayə Vəliyeva, kitabxanaçılardan Humay Qəmbərova çıxış
edərək vətənimizin igid övladlarının şücaətindən, onların keçdiyi
döyüş yollarından, ən böyük vətənpərvər Ümummilli Lider H.Əliyevin
Azərbaycanımız uğrunda gördüyü işlər haqqında söhbət açdılar.
Tədbiri 8 saylı orta məktəbin X-XI sinif şagirdlərinin
ifasında vətənpərvər ruhlu şerlər söyləməklə yekunlaşdırdılar.
Sonda Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Havva
Mirzəyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək onlara
kitabxana haqqinda geniş məlumat verdi.
Kitabxanada vətənpərvərlik mövzusuna həsr edilmiş sərgi
təşkil edilmişdi.
Müasir dövrümüzdə ən aktual problemlərdən biri vətənpərvərlik
tərbiyyəsidir. Vətənpərvərlik hissi insanları vətən yolunda misilsiz
qəhrəmanlığa və fədakarlığa ruhlandırır,
yüksək vətəndaşlıq, namus,
qeyrət, cətin anda cəsarət, əyilməzlik, döyüşkənlik, məğrurluq hissi
aşılayır.
Məktəblilərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq
üçün kitabxanada bir sıra tədbirlər keçirilmişdir.
08.01.2010-cu il tarixdə Abbas Səhhət adına uşaq kitabxanasında 20
yanvar faciəsinə həsr olunmuş “Şəhidlər ölmür” başlığı altında oxucu
konfransı keçerildi.
Tədbiri kitabxananın ışçisi Aygün Süleymanova açdı.
Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. Sonra
söz kitabxaxanın biblioqrafı Səiyyə Məhərrəmovaya verildi. O,
xalqımızın başına gələn faciələrdən, şəhidlərimizin
qəhrəmanlıqlarından söhbət açdı.
Tədbirdə Z.Əliyeva adına, şəhər 2 saylı, 5 saylı orta
məktəblərin müəllim və şagirdləri iştirak etdilər. Şagirdlərdən
Cəlal Əliyev, Əli Kərimov, Nərmim Məmmədova , Ağamövsüm Əliyev və
başqalarının ifasinda vətənə, şəhidlərə həsr edilmiş şerlər,
bayatılar səsləndi.
Məktəblilərin ifasında Ə.Səmədlinin “Bir parca torpaq”
hekayəsi üzrə hazırlanmış səhnəcik təqdim olundu.
Tədbirdə Şəhidlərə həsr edilmiş məktəblilərin rəsm
əsərləri nümayiş olundu.
Tədbir “Əsgər marşı” sədaları altında sona çatdı.
Tədbirdə 60 nəfər iştirak etdi.