Xəbərlər
01. 01. 2012 - 05. 01. 2012-ci il tarixlərində rayon Mədəniyyət və Turizm şöbəsi Yeni il münasibətilə parkda şənliklər keçirmişdir.
30.12.2011-ci il tarixdə abidə parkda “Yeni il” və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə böyük tədbir keçirilmişdir.
26.12.2011-ci il tarixdə A.Səhhət adına Uşaq Kitabxanasında “Yeni il”və “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi” günü münasibəti ilə şənlik keçirilmişdir.
05.10.2011-ci il tarixdə rayon Mədəniyyət evində “Müqəddəs peşə” adı altında ədəbi-bədii gecə keçirilmişdir.


25.09.2011- ci il tarixdə Bərdə rayon Mədəniyyət evində
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 ci ildönümünə
həsr edilmiş “Millətinlə baş-başa, yaşa, Azərbaycanım yaşa” adı altında
ədəbi-bədii gecə keçirilmişdir.

2011-ci il 28-30 sentyabr tarixlərində ölkəmizdə II Bakı Beynəlxalq kitab sərgi yarmarkası keçiriləcəkdir.Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyidir. Sərgi “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuşdur. II Bakı Beynəlxalq kitab Sərgi Yarmarkasında stend sahəsi və avadanlıqlar iştirakçılara pulsuz veriləcəkdir. Məlumat üçün Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az internet saytına müraciət edə bilərsiniz.
01.09.2011-ci il tarixdə Bərdə rayon mədəniyyət evində bu il ali məktəblərə daxil olmuş tələbələrlə ictimaiyyətin görüşü keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev tələbələri təbrik etmiş, yüksək bal toplayan tələbələri mükafatlandırmışdır


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin
22.06.2011-ci il tarixli 305 nömrəli əmrinə əsasən Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi 22.06.2011-ci il
tarixdən 30.06.2011-ci il tarixə kimi Bərdə rayonunda səyyar yay kursunun
keçirilməsinə başlamışdır.

25.05.2011-ci il tarixdə Mərkəzi kitabxana “Kitab bayramı” keçirdi. Bayram tədbiri rayonun görkəmli yerlərindən olan Rəsm qalareyasının qarşısında keçirildi. Bayram Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr edilmişdi.


10.05.2011-ci il tarixdə Bərdə rayon Mədəniyyət evində Ulu öndər H.Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr edilmiş tədbir keçirilmişdir.


09.05.2011-ci il tarixdə Bərdə rayon Mədəniyyət evində 1941-1945-ci illər müharibəsinin veteranları ilə görüş keçirilmişdir.


07.05.2011-ci il tarixdə Bərdə rayon Mədəniyyət evində 1№-li Uşaq incəsənət məktəbinin fortopiano müəllimi Elmira Əliyevanın 70 illik yubileyi qeyd olundu.
25 aprel 2011 –ci il tarixdə Rayon Mədəniyyət və Turizm şöbəsi “ Söz” ədəbi birliyi ilə birgə şair Telman Hüseynin yeni çapdan çıxmış “Payın çox olsun dünya” şeirlər kitabı əsasında “Birin dedim , biri qaldı ...” adlı poeziya məclisi keçirmişdir.
15 aprel 2011- ci il tarixdə Gəncə Dövlət Dram Teatrı yazıçı Mir Cəlalın “Ərik ağacı “ əsəri əsasında hazırlanmış “Vətən balladası” tamaşası ilə rayonumuzda qonaq olmuşdur.Loğman Kərimovun quruluşu əsasında səhnələşdirilmiş tamaşa rayonumuzun teatrseverlərinin böyük marağına səbəb olmuşdur.
08.03.2011-ci il tarixdə rayon Mədəniyyət evində “Dünyanın bəzəyi qadınlar” adı altında ədəbi-bədii gecə keçirilmişdir. Gecədə rayon icra hakimiyyətinin başçısı V.İsayev çıxış etmişdir.
23.02. 2011-ci il tarixdə rayon Mədəniyyət evində “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” adı altında tədbir keçirildi.
17 fevral 2011-ci il tarixdə Akademik Z.Əliyeva adına texniki litseyində YAP qadınlar şurası, rayon Gənclər Birliyi və Mərkəzi Kitabxana ilə birlikdə “Narkomaniya və QİÇS-ə qarşı mübarizə “adlı dəyirmi mas keçrilmişdir.
18 yanvar 2011-ci il tarixdə Mərkəzi Kitabxana Gənclər birliyi ilə birlikdə Z.Əliyeva adına orta məktəbdə “Gənclik və zaman” adlı diskusiya kecirdi.
17 yanvar 2011-ci tarixdə Mərkəzi Kitabxanada “20 Yanvar Aərbaycan istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi” adlı dəyirmi masa keçirildi.
25.05.2010 cu il tarixdə Bərdə rayonunda kitab bayrami keçirilmışdir.






11.03.2010 cu il tarixdə Nüşabə qalasında Novruz Bayramına həsr edilmiş tədbir keçirilmışdir.
02.2010 cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Ə.Qarayev " Elektron Kitabxana "-nin açılışı ilə əlaqədar Bərdə Rayonunda olmuşdur.